Trampdan dünyanı qorxuya salan bəyanat

Trampdan dünyanı qorxuya salan bəyanat
ABŞ-da prezident seçkiləri kampaniyası zamanı "gözlənilməz prezident” olacağını vəd edən Donald Tramp xarici siyasətini və hərbi planlarını gizləyərək ölkəni idarə etməyə çalışır.

Sfera.az İstipress-ə istinadən xəbər verir ki, Tramp dost və müttəfiqlərində də narahatlıq yaradan siyasətindən "FOX Business” telekanalında danışıb və "Obama kimi olmayacağam” deyib.

Eks-prezident Barak Obamanı ABŞ-ın strategiyasını düşmənlərə aşkar etməkdə ittiham edən Tramp qatıldığı verilişdə Şimali Koreyaya qarşı atacağı addımları əvvəlcədən bəyan etmək istəmədiyini bildirib.

"Obama Mosulda əməliyyat keçirəcəyini çox əvvəldən bəyan etmişdi və nəticədə hər kəs tədbirini almışdı. Mən isə belə siyasət yürütməyəcəm”, - ABŞ prezidenti deyib.

Şimali Koreyanın nüvə proqramıyla bağlı tədbirlər görməkdə tərəddüd etməyəcəklərini deyən prezident bölgəyə çox güclü hərbi gəmi göndərdiyini bildirib. "Dəniz altı silahlarımız da ən müasirdir. Biz bölgədə müttəfiqlərimizi qoruyacağıq”, - Tramp telekanalda qatıldığı verilişdə deyib.

Prezident Suriya müharibəsindən də danışıb. O bildirib ki, Bəşər Əsədin mülkilərə qarşı istifadə etdiyi kimyəvi silahlardan dünyanın ən zalım rəhbələri istifadə edir."Kimyəvi silahlarla hücum görüntülərini izləyəndə dedim ki, mütləq nəsə etməliyəm. İnsanlara qarşı kimyəvi silahlardan istifadə və onların üzərinə "kasetli”, "çəllək” bombaları atıldığı zamanı uşaqların qolsuz, ayaqsız və üzsüz halını görürsünüz. O bir heyvandır (red.Əsəd)".

OXŞAR XƏBƏRLƏR

İnsan DNT-si sıfırdan yaradılır: Laboratoriyada “insan istehsalı” başlayır

Böyük Britaniyada insan DNT-sini sıfırdan yaratmağa yönələn yeni və mübahisəli layihəyə start verilib. Dünyanın ən böyük tibbi yardım təşkilatlarından biri olan...

İsrailin müdafiə naziri: Xameneini öldürmək istəyirdik, imkan tapa bilmədik

İsrail 12 günlük müharibə zamanı İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneini öldürmək niyyətində olub, lakin bunun üçün imkan tapmayıb.   Sfera....

Zərdabda qanunsuz saxlanılan silahlar polisə təhvil verildi

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər...

“Amerikaya sərt zərbə endirdik” - Ayətullah Xamenei

İranın ali dini lideri Ayətullah Əli Xamenei, İsraillə əldə olunan atəşkəsdən sonra çıxış edərək ABŞ-nin bu müharibədən heç nə qazanmadığını, İranın isə bölgədə...

Toyu üçün Venesiya şəhərini bağlatdırdı

"Amazon"un qurucusu Ceff Bezos jurnalist nişanlısı Lauren Sançezlə bu gün ailə quracaq.   Sfera.az xəbər verir ki, İtaliyanın Ven...

Vladimir Putin Belarusa səfər etdi

Rusiya Prezidenti Vladimir Putin Belarusa səfər edib.   Sfera.az xəbər verir ki, Putinin təyyarəsi Minsk hava limanına enib.   Kreml...