Azərbaycanda bu nəqliyyat vasitələrini sürənlər vergidən azad oluna bilər

Azərbaycanda bu nəqliyyat vasitələrini sürənlər vergidən azad oluna bilər

Hesablama Palatası Azərbaycanda kiçik mühərrik həcmli nəqliyyat vasitələri üzrə əmlak vergisindən azad olma, eyni zamanda müəssisələrin balansında olan maşınların əmlak vergisi ödənişi ilə bağlı dəyişikliklərin edilməsini təklif edir.

Sfera.az xəbər verir ki, Palatadan Trend-ə verilən məlumata görə, Azərbaycanın ərazisində şəxslərin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitələri yol vergisinin vergitutma siyahısından çıxarılıb. Məcəllənin 199.4.3-cü maddəsinə görə isə əvvəllər yol vergisinə cəlb olunan nəqliyyat vasitələri həm yol vergisindən,həm də əmlak vergisindən azad edilib.

Bundan başqa, Azərbaycan ərazisində istehsal edilən və ölkəyə idxal edilən avtomobil benzini və dizel yanacağı yol vergisinin vergitutma obyekti kimi müəyyən edilib. Lakin bu, həmin məhsulların pərakəndə satış qiymətlərinə təsir göstərməyib, yəni dövlət tərəfindən tənzimlənən həmin qiymətlər artırılmayıb. Bu da ölkə üzrə hesablanan və dövlət büdcəsinə ödənilən yol vergisinin istehlakçılar üçün vergi yükü olmadığını deməyə əsas verir.

Palata bunları, eləcə də nəqliyyat vasitələrinin mülkiyyətçilərinin aztəminatlı təbəqəyə aid edilmədiyini, eləcə də bazar iqtisadiyyatı prinsiplərinə uyğun inkişaf edən ölkələrin təkmil təcrübəsini nəzərə alaraq, bəzi təkliflərlə çıxış edir.

Təkliflərdə bildirilir ki, müəssisələrin balansında olan avtonəqliyyat vasitələri əmlak vergisinin vergitutma obyektlərinə aid edilsin. Bundan başqa, yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq, rezident fiziki şəxslərə məxsus avtonəqliyyat vasitələrinin əmlak vergisi vergitutma siyahısına daxil edilsin.

 

Təklifdə qeyd edilir ki, əhalinin müəyyən təbəqəsi üzrə müvafiq sosial ehtiyacların dövlət tərəfindən qarşılanması siyasəti çərçivəsində kiçik mühərrik həcmli nəqliyyat vasitələri üzrə əmlak vergisindən azad olma və güzəştlər nəzərdə tutulsun.

Qeyd edək ki, kiçik mühərrik həcmli nəqliyyat vasitələri dedikdə, mühərrikinin həcmi 50 kub/sm-dən 1500 kub/sm-dək olan nəqliyyat vasitələri nəzərdə tutulur. Belə nəqliyyat vasitələrinə moped, motosiklet və kiçik həcmli bəzi avtomobillər aid edilir.


OXŞAR XƏBƏRLƏR

İnsan DNT-si sıfırdan yaradılır: Laboratoriyada “insan istehsalı” başlayır

Böyük Britaniyada insan DNT-sini sıfırdan yaratmağa yönələn yeni və mübahisəli layihəyə start verilib. Dünyanın ən böyük tibbi yardım təşkilatlarından biri olan...

İsrailin müdafiə naziri: Xameneini öldürmək istəyirdik, imkan tapa bilmədik

İsrail 12 günlük müharibə zamanı İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneini öldürmək niyyətində olub, lakin bunun üçün imkan tapmayıb.   Sfera....

Zərdabda qanunsuz saxlanılan silahlar polisə təhvil verildi

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər...

“Amerikaya sərt zərbə endirdik” - Ayətullah Xamenei

İranın ali dini lideri Ayətullah Əli Xamenei, İsraillə əldə olunan atəşkəsdən sonra çıxış edərək ABŞ-nin bu müharibədən heç nə qazanmadığını, İranın isə bölgədə...

Toyu üçün Venesiya şəhərini bağlatdırdı

"Amazon"un qurucusu Ceff Bezos jurnalist nişanlısı Lauren Sançezlə bu gün ailə quracaq.   Sfera.az xəbər verir ki, İtaliyanın Ven...

Vladimir Putin Belarusa səfər etdi

Rusiya Prezidenti Vladimir Putin Belarusa səfər edib.   Sfera.az xəbər verir ki, Putinin təyyarəsi Minsk hava limanına enib.   Kreml...