DÜNYA BU XƏBƏRLƏ ÇALXALANIR: “Müharibəyə hazır ol” təlimatı: Paytaxt köçürülür, sərhədə ordu toplaşır, əcnəbi müxbirlər çıxarılır...

DÜNYA BU XƏBƏRLƏ ÇALXALANIR: “Müharibəyə hazır ol” təlimatı: Paytaxt köçürülür, sərhədə ordu toplaşır, əcnəbi müxbirlər çıxarılır...

Son günlər gərginləşən beynəlxalq vəziyyət daha bir ölkənin müharibə hazırlığına başladığı barədə xəbərlərlə daha da gərginləşib. Şimali Koreyada müharibə hazırlığı elan edilib. Cebhe.info xarici mətbuata istinadən bildirir ki, bu ölkədə olan əcnəbi müxbirlərə "Böyük bir hadisəyə hazır olun" təlimatı verilib.

Xəbər dünya çapında bu ölkənin müharibəyə hazırlaşması kimi dəyərləndirilib.

Pxenyanda olan əcnəbi müxbirlərə "hazır olun" təlimatının hökumət tərəfindən verildiyi bildirilsə də konkret ad çəkilməyib. Müxbirlər ölkədə çox böyük hərəkətlilik olduğunu bildirib. Bununla yanaşı müxbirlərin sözlərinə görə, bölgədəki gərginliyin bu ölkənin nüvə proqramı ilə hansısa əlaqəsinə dair heç bir işarət yoxdur.

Eyni zamanda əcnəbi müxbirlər paytaxtdakı 600 min nəfərin təxliyyə edilməsinə dair əmr verildiyinə dair xəbərlər yayıldığını bildirib. Çinin də Şimali Koreya sərhədinə hərbi qüvvə cəmləşdirdiyi deyilir.

Channel News Asia xəbər agentliyinin müxbiri Pxenyandan yazdığı "tweet"də "6.20-yə qədər ölkəni tərk etməyimiz tələb edildi. Ancaq səbəb açıqlanmadı. Mobil telefonlar işləmir" deyə yazıb. Bundan sonra müxbir heç bir paylaşım etməyib.

Sosial şəbəkələrdə də Şimali Koreyanın müharibə şəraitinə keçdiyinə dair çoxsaylı xəbərlər yayılıb. Başqa bir ehtimala görə bu barədə xəbərlər bilərəkdən yayılır və diqqət ölkədə 16 apreldə qeyd ediləcək "Günəş günü"nə hesablanıb. Həmin gün həm də ölkənin qurucusu olmuş Kim Il Sonqun 105-ci doğum günü qeyd ediləcək. Əcnəbi müxbirlər də məhz bu mərasimlərdə iştirak üçün ölkəyə buraxılıb və onların sayı 200-ə yaxındır.


Cebhe.info


OXŞAR XƏBƏRLƏR

İnsan DNT-si sıfırdan yaradılır: Laboratoriyada “insan istehsalı” başlayır

Böyük Britaniyada insan DNT-sini sıfırdan yaratmağa yönələn yeni və mübahisəli layihəyə start verilib. Dünyanın ən böyük tibbi yardım təşkilatlarından biri olan...

İsrailin müdafiə naziri: Xameneini öldürmək istəyirdik, imkan tapa bilmədik

İsrail 12 günlük müharibə zamanı İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneini öldürmək niyyətində olub, lakin bunun üçün imkan tapmayıb.   Sfera....

Zərdabda qanunsuz saxlanılan silahlar polisə təhvil verildi

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər...

“Amerikaya sərt zərbə endirdik” - Ayətullah Xamenei

İranın ali dini lideri Ayətullah Əli Xamenei, İsraillə əldə olunan atəşkəsdən sonra çıxış edərək ABŞ-nin bu müharibədən heç nə qazanmadığını, İranın isə bölgədə...

Toyu üçün Venesiya şəhərini bağlatdırdı

"Amazon"un qurucusu Ceff Bezos jurnalist nişanlısı Lauren Sançezlə bu gün ailə quracaq.   Sfera.az xəbər verir ki, İtaliyanın Ven...

Vladimir Putin Belarusa səfər etdi

Rusiya Prezidenti Vladimir Putin Belarusa səfər edib.   Sfera.az xəbər verir ki, Putinin təyyarəsi Minsk hava limanına enib.   Kreml...