Sən demə, ağrıları da kəsirmiş - bu necə möcüzədi?

Sən demə, ağrıları da kəsirmiş -  bu necə möcüzədi?

Sən demə, yemək bişirəndə istifadə etdiyimiz alüminium kağız (falqa) bizim nəinki biş-düşdə üzümüzü ağ edir, hətta ağrıları kəsməkdə də köməyimizə çatır. Belə ki, bir parça alüminium kağızı ağrıyan yerə qoymaqla ağrıları aradan qaldırmaq mümükündür. Bu möcüzəyə inanmırsınızsa, təqdim etdiyimiz xəbərə diqqət edin:

Böyük istiotlu yapışqan (plast) götürülür. Onun yapışqan olan yerinə eni 1sm. qalınlıqda alüminium kağız kəsilib yerləşdirilir. Arada məsafə qoyaraq, istiotlu yapışqanın hər 4 tərəfindən boş yer buraxılır. Şaquli istiqamətdə olmaqla, parıltılı tərəfi ağrıyan yerə yapışdırılır. Amma istiotlu yapışqanı ağrıyan nahiyyəyə elə yapışdırmaq lazımdır ki, alüminium kağız şaquli vəziyyətdə olsun. Bunu istənilən ağrı zamanı istifadə etmək olar. Təqdim etdiyimiz üsulu adətən bel, boyun, çiyin, ürək, böyrək və.s ağrılarda istifadə etmək məsləhətdir.

Yaxud da aptekdə rulon şəkilində istiotlu yapışqanlar satılır. Onu açıb içinə nazik alüminium kağız kəsilib yerləşdirilir. Bunu baş, əl, ayaq, barmaq ağrılarında istifadə etmək daha rahatdır.

Ayaqda döyənək varsa, harasa vurub möhkəm əzmisinizsə, bu alüminium kağız köməyinizə çatacaq.  Hətta ürək ağrıyan zaman döş qəfəsinə yapışdırmaq olar. Bəzən əməliyyatdan çıxan xəsətələrdə tikiş yerləri ağrıyır, yenə də bu üsuldan istifadə edə bilərsiniz. 15 dəqiqəyə ağrılarınız dəf olacaq.(atv.az)


OXŞAR XƏBƏRLƏR