Dönər yeyənlər, DİQQƏT: Bu xəbərdən sonra əsla yeməyəcəksiniz!
"Azərbaycanda hazırlanan dönərlərin əksəriyyəti insan orqanizmi üçün həddindən artıq təhlükəlidir”.
Bunu açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib: "2 il əvvəl Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi dönərlərin standartını hazırlayıb. Həmin standartlarda dönərin bişirilməsi, onun hazırlandığı yerin gigiyenik tələbləri və s. əks olunub. Dönərləri standarta uyğun hazırlayan, onun ekoloji təmizliyinə, təhlükəsizliyinə nəzarət edən müəssisələr müəyyən olunub".
Azad İstehlakçılar Birliyinin apardığı monitorinq zamanı məlum olub ki,Bakıda hazırlanan dönərlərin 85 faizi həmin standartlara cavab vermir. Bəzi şirkətlər qaneedici fəaliyyət göstərsə də, bir sıra tanınmış şirkətlər standartlara cavab verən dönər hazırlamır: "Bizim monitorinqlər göstərdi ki, dönərxanaların 85 faizi aldıqları ətləri heç də müəyyən olunmuş şirkətlərdən deyil, istədikləri yerlərdən yoxlanılmamış halda, mənşəyi məlum olmayan ət alıb dönərlər hazırlayır”.
Eyyub Hüseynov əlavə edib ki, 2006-cı ildən ölkədə toyuq ətindən dönər hazırlanması qadağan edilib. Lakin bu gün Bakıda dönərxanaların 80 faizi toyuq ətindən dönər hazırlayır və satır: "Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə məktubla müraciət etmişdik ki, bu qadağa götürülsün. Lakin nazirlik hələ də bu qadağanı götürməyi məsləhət bilməyib”.
Tibbi ekspert Adil Qeybulla açıqlamasında deyib ki, dönər hazırlanan ətin keyfiyyəti yaxşı olsa, texniki mərhələlərə, gigiyenik qaydalara əməl edilsə, yeməkdə heç bir problem yoxdur. Lakin ətin təkrar istifadəsi, yağın yanması konserogen təsir göstərə bilər./metbuat.az