Bakı metrosunda qadın işçilər ixtisar edilir? - RƏSMİ AÇIQLAMA

Bakı metrosunda qadın işçilər ixtisar edilir? - RƏSMİ AÇIQLAMA

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti metro stansiyalarında qadın əməkdaşlarının işdən azad olunması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Sfera.az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, bu məlumatların heç bir əsası yoxdur:

"Artıq 2 ildən çoxdur ki, stansiyalarda qadınlarla yanaşı kişi nəzarətçilər də fəaliyyət göstərir. Xüsusilə ali təhsillilər bu işə cəlb edilib. Bu barədə iş elanlarımız da olub, təlim-tədris mərkəzimizdə kurs keçərək imtahandan sonra işə qəbul olunublar. Ali təhsilli olmalarının səbəbi də gələcəkdə karyera yüksəlişi zamanı onların bu kriteriya ucbatından əngəllə qarşılaşmamaları üçündür. Bir daha qeyd edirəm ki, qatarların qəbul edilib yola salınması üzrə nəzarətçi qadınların heç biri ixtisara düşməyib və ya kütləvi halda təqaüdə göndərmə halı olmayıb. Onlar öz sahələri üzrə bir pillə yuxarı vəzifəyə çəkiliblər və bundan sonra boş qalan yerlərə qadınlarla yanaşı, kişilər də işə qəbul ediliblər. Faktı dəfələrlə bu ixtisas üzrə mətbuatda verdyimiz elanlar da sübut edir. Digər tərəfdən, təqaüd yaşına çatan insanların işdən çıxması tam qanunauyğun və normal haldır. Bunu kütləvi hal kimi qələmə verib ajiotaj yaratmağa gərək yoxdur".

 

N.Paşayev bildirib ki, yayılan məlumatlarda hətta kassaların ləğv olunması prosesində xəzinədar xanımların da ixtisara düşdüyü barədə məlumatlar yayılıb: "Halbuki, kassaların ləğvi zamanı xəzinədarlar başqa işə keçirilmiş, vəzifələrindən azad edilməmişdilər".


OXŞAR XƏBƏRLƏR

İnsan DNT-si sıfırdan yaradılır: Laboratoriyada “insan istehsalı” başlayır

Böyük Britaniyada insan DNT-sini sıfırdan yaratmağa yönələn yeni və mübahisəli layihəyə start verilib. Dünyanın ən böyük tibbi yardım təşkilatlarından biri olan...

İsrailin müdafiə naziri: Xameneini öldürmək istəyirdik, imkan tapa bilmədik

İsrail 12 günlük müharibə zamanı İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneini öldürmək niyyətində olub, lakin bunun üçün imkan tapmayıb.   Sfera....

Zərdabda qanunsuz saxlanılan silahlar polisə təhvil verildi

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər...

“Amerikaya sərt zərbə endirdik” - Ayətullah Xamenei

İranın ali dini lideri Ayətullah Əli Xamenei, İsraillə əldə olunan atəşkəsdən sonra çıxış edərək ABŞ-nin bu müharibədən heç nə qazanmadığını, İranın isə bölgədə...

Toyu üçün Venesiya şəhərini bağlatdırdı

"Amazon"un qurucusu Ceff Bezos jurnalist nişanlısı Lauren Sançezlə bu gün ailə quracaq.   Sfera.az xəbər verir ki, İtaliyanın Ven...

Vladimir Putin Belarusa səfər etdi

Rusiya Prezidenti Vladimir Putin Belarusa səfər edib.   Sfera.az xəbər verir ki, Putinin təyyarəsi Minsk hava limanına enib.   Kreml...