Faciəvi uçqunda yaralanan fəhlələrin ADLARI AÇIQLANDI - SİYAHI

Faciəvi uçqunda yaralanan fəhlələrin ADLARI AÇIQLANDI - SİYAHI
Bakı şəhəri, Səbail rayonunun Şıx qəsəbəsində baş verən uçqun nəticəsində xəsarət alaraq xəstəxanalara yerləşdirilən şəxslərin adları məlum olub.

Sfera.az-ın xəbərinə görə, 1981-ci il təvəllüdlü Tofiq Hüseynov sol bud sümüyünün yuxarı hissəsinin qəlpəli sınığı ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.

1983-cü il təvəllüdlü Ayaz Orucov sağ baldırın sınığı diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib. O, artıq ambulator müalicə üçün evə buraxılıb. 1962-ci il təvəllüdlü Əmir Mehdiyev sol bud sümüyünün sınığı ilə KTM-in reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, hadisə "Green City" yaşayış-istirahət kompleksinin həyətində qeydə alınıb. Burada tikilməkdə olan iaşə obyekti uçub. Nəticədə orada işləyən şəxslərdən 2 nəfəri ölüb, 4 nəfəri xəsarət alıb. Yaralılardan 1 nəfərə yerində yardım göstərilib, 3 nəfər isə xəstəxanalara yerləşdirilib.

OXŞAR XƏBƏRLƏR

İnsan DNT-si sıfırdan yaradılır: Laboratoriyada “insan istehsalı” başlayır

Böyük Britaniyada insan DNT-sini sıfırdan yaratmağa yönələn yeni və mübahisəli layihəyə start verilib. Dünyanın ən böyük tibbi yardım təşkilatlarından biri olan...

İsrailin müdafiə naziri: Xameneini öldürmək istəyirdik, imkan tapa bilmədik

İsrail 12 günlük müharibə zamanı İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneini öldürmək niyyətində olub, lakin bunun üçün imkan tapmayıb.   Sfera....

Zərdabda qanunsuz saxlanılan silahlar polisə təhvil verildi

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər...

“Amerikaya sərt zərbə endirdik” - Ayətullah Xamenei

İranın ali dini lideri Ayətullah Əli Xamenei, İsraillə əldə olunan atəşkəsdən sonra çıxış edərək ABŞ-nin bu müharibədən heç nə qazanmadığını, İranın isə bölgədə...

Toyu üçün Venesiya şəhərini bağlatdırdı

"Amazon"un qurucusu Ceff Bezos jurnalist nişanlısı Lauren Sançezlə bu gün ailə quracaq.   Sfera.az xəbər verir ki, İtaliyanın Ven...

Vladimir Putin Belarusa səfər etdi

Rusiya Prezidenti Vladimir Putin Belarusa səfər edib.   Sfera.az xəbər verir ki, Putinin təyyarəsi Minsk hava limanına enib.   Kreml...