Aprel döyüşləri ilə bağlı ŞOK FAKT - Sən demə, ermənilər Mingəçeviri...

Aprel döyüşləri ilə bağlı ŞOK FAKT - Sən demə, ermənilər Mingəçeviri...
Müdafiə sənayesi naziri Yavər Camalov Nazirlər Kabinetinin iclasında aprel döyüşlərində ermənilərin əsas hədəfləri barəsində danışıb. Nazir qeyd edib ki, əslində, aprel müharibəsi onlarla tankdan ibarət erməni qoşun birləşmələrinin hücum edərək Yevlax - Mingəçevir istiqamətinə çıxmaq istəyi ilə başladı.

Azərbaycan peyk nəzarəti vasitəsi ilə bunu müəyyən etdi və erməni mətbuatının "kamikadze” adlandırdığı pilotsuz uçuş aparatları ilə düşmən hərbi dəstəsini məhv etdi. Nəticədə, 15-dən artıq erməni tankı yararsız hala düşdü.

Bununla bağlı açıqlama verən hərbi jurnalist Ramil Məmmədli bildirdi ki, ermənilərin əlində olan peyk uçuş aparatlarının həmin məsafəni qət edərək Mingəçevirə gəlməsi inandırıcı deyil:

"Qarabağın şimal hissəsi olan Gəncə, Mingəçevir və Yevlax Azərbaycanın əsas mövqelərdir. Düşmən istəyər ki, döyüşdüyü ölkənin iri iqtisadi və hərbi əhəmiyyət kəsb edən şəhərlərini məhv etsin. Amma inanmıram ki, ermənilər aprel döyüşlərində həmin şəhərlərə hər hansı bir raket zərbəsi endirmək niyyətində olublar. Çünki ordumuzun buna cavabı çox ağır və dağıdıcı ola bilərdi". (metbuat.az)

OXŞAR XƏBƏRLƏR

İnsan DNT-si sıfırdan yaradılır: Laboratoriyada “insan istehsalı” başlayır

Böyük Britaniyada insan DNT-sini sıfırdan yaratmağa yönələn yeni və mübahisəli layihəyə start verilib. Dünyanın ən böyük tibbi yardım təşkilatlarından biri olan...

İsrailin müdafiə naziri: Xameneini öldürmək istəyirdik, imkan tapa bilmədik

İsrail 12 günlük müharibə zamanı İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneini öldürmək niyyətində olub, lakin bunun üçün imkan tapmayıb.   Sfera....

Zərdabda qanunsuz saxlanılan silahlar polisə təhvil verildi

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər...

“Amerikaya sərt zərbə endirdik” - Ayətullah Xamenei

İranın ali dini lideri Ayətullah Əli Xamenei, İsraillə əldə olunan atəşkəsdən sonra çıxış edərək ABŞ-nin bu müharibədən heç nə qazanmadığını, İranın isə bölgədə...

Toyu üçün Venesiya şəhərini bağlatdırdı

"Amazon"un qurucusu Ceff Bezos jurnalist nişanlısı Lauren Sançezlə bu gün ailə quracaq.   Sfera.az xəbər verir ki, İtaliyanın Ven...

Vladimir Putin Belarusa səfər etdi

Rusiya Prezidenti Vladimir Putin Belarusa səfər edib.   Sfera.az xəbər verir ki, Putinin təyyarəsi Minsk hava limanına enib.   Kreml...