Zeynəbin ifa etdiyi musiqi Ərdoğanın əleyhinə istifadə olundu - VİDEOLAR
Dünya
11:01 / 12.04.2017
3090
Türkiyədə Referendum seçkilərinə sayılı günlər qalıb. Partiya mənsubları mitinqlər keçirib, müəyyən reklam çarxları hazırlayaraq insanları seçkilərdə iştirak etməyə çağırırlar.
Cümhuriyyət Xalq partiyası (CHP) referendumun əleyhinə çıxaraq insanları seçkilərdə "Yox" deməyə dəvət edir.
Sfera.az Unikal.org-a istinadən bildirir ki, partiyanın hazırladığı reklam çarxında Azərbaycan musiqisindən istifadə olunub. Belə ki, "Hayır" videorolikində vaxtilə xalq artisti Zeynəb Xanlarovanın ifa etdiyi, bəstəsi mərhum Ələkbər Tağıyevə, sözləri Mikayıl Müşfiqə aid olan "Qal sənə qurban" mahnısı sözləri dəyişdirilərək səsləndirilir.
Həmin videonu və musiqinin orijinal variantını təqdim edir: