7 nəfərlik yeni taksilər - Bakıda ilk

Cəmiyyət
18:07 / 11.04.2017
707
Bakıya yeddi nəfərlik yeni taksilərin gətirilməsi nəzərdə tutulur.
Sfera.az Trend-ə istinadən məlumatına görə, hələ ki, belə taksilərdən neçə ədəd gətirilməsi və hansı rəngdə olması dəqiq müəyyənləşdirilməyib.
Məlumat verən mənbə bildirib ki, bu istiqamətdə işlər aparılır, tələbat öyrənilir, hansı rəngin şəhərə daha uyğun olması müəyyənləşdirilir.
Mənbə deyib:
"İşlər başa çatdıqdan sonra belə taksilərdən neçə ədəd gətirilməsi və hansı rəngdə olması ilə bağlı qərar veriləcək. Yeddi nəfərlik taksilər həm rahatlığına, həm də imkanlarına görə digərlərindən fərqlənəcək”.