Azərbaycanda tanınmış şərhçi işdən çıxarıldı: Erməni futbolçu haqda yazdığı statusa görə

Azərbaycanda tanınmış şərhçi işdən çıxarıldı: Erməni futbolçu haqda yazdığı statusa görə
"İdman Azərbaycan" Televiziyasının şərhçisi Tərlan Şahinoğlu telekanaldan ayrılıb.
 
AZXEBER.COM-un məlumatına görə, bu haqda telejurnalist özü məlumat verib.
 
O işdən ayrılması haqda çox danışmayıb istəməyib: "Bu gün rəsmən bitdi. 6 il yarım ərzində şərhçi kimi işlədiyim məkandan ayrılmalı oldum. Bu müddət ərzində peşəmlə bağlı çox böyük təcrübə qazandım. Bunda əməyi olan hər kəsə öz təşəkkürümü bildirirəm. Amma bundan başqa, həm də dəyərli saydığım insanları və dostları tanıdım. Adlarını tək-tək çəkməyəcəm. Onlar özləri bilirlər. Hamısına cansağlığı və işlərində uğurlar arzulayıram. Nə isə. Uzatmaq istəmirəm. Uzun sözün qısası, mənim Az.TV macəram sona çatdı. Mən də daxil olmaqla, Allah hamının yolunu açıq eləsin və ürəyinə görə versin. İnşallah!”
 
"Futbol+" qəzeti telejurnalistin işdən hansı səbəbdən ayrılması ilə bağlı araşdırma aparıb və məlum olub ki, Tərlan Şahinoğlu sosial şəbəkədə yazdığı statusa görə rəhbərliyin qəzəbinə tuş gəlib. Qəzetin yazdığına görə, "Mançester Yunayted” azarkeşi olan Şahinoğlunun sosial şəbəkədə bu komandanın erməni futbolçusu Henrix Mxitaryanla bağlı fikir bildirməsi telekanal rəhbərliyinin xoşuna gəlməyib. Bundan sonra Tərlana uzun müddət heç bir oyunun şərhçiliyi tapşırılmayıb, nəticədə telekanaldan ayrılıb.
 
Teleaparıcı özü isə bu haqda danışmaq istəmədiyini bildirib. 
 
Qeyd edək ki, telekanalda "Mançester Yunayted"in oyunları zamanı şərhçilər erməni futbolçuya soyadı ilə deyil, adı ilə müraciət edir. 

OXŞAR XƏBƏRLƏR

İsrail Qəzzaya humanitar yardımı yenidən dayandırıb

İsrail Qəzzaya yardım çatdırılmasını dayandırıb.   Sfera.az bu barədə "The Times of Israel”a istinadən xəbər verir.   Baş Nazirlikd...

“07” ilə toqquşan motosikletçi öldü

Bu gün saat 14 radələrində Göyçay şəhərində ağır yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, şəhər ərazisində “VAZ-2107” markalı avt...

Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO

Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N saylı hərbi hissədə baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, hərbi hissənin rəhbər heyəti, şəhid ail...

Mirkamil ikinci əməliyyatından sonra...- VİDEO

Uzun müddətdir səhhətində problem olduğu üçün sənətdən uzaqlaşan Mirkamil Kamilovun yeni görüntüsü yayılıb.   Sfera.az Axşam.az-a istinadən xəbər ver...

"Çinli diplomat Tehranı yanlış addımdan çəkindirməyə çalışıb" - Politoloq

İyulun 6-7-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək BRİCS-in zirvə toplantısında Rusiya və Çin liderlərinin iştirak etməyəcəklərinə dair xəbərlər ya...

Xamanei İran xalqını təbrik etdi

İranın ali dini lideri Ayətulla Seyid Əli Xamanei xeyli vaxt sonra paylaşım edib.   Sfera.az xəbər verir ki, o, “X” hesabında İran xalqın...