Xoruldayanların nəzərinə: Yatmazdan əvvəl ... - 5 ÜSUL

Xoruldayanların nəzərinə: Yatmazdan əvvəl ... - 5 ÜSUL

 

Xoruldama nəfəs alma zamanı havanın dar bir sahədən keçərkən səs dalğalarında yaratdığı titrəyiş kimi təyin olunur. Bu vəziyyət həm insanın həyatına mənfi təsir edərək, həyat keyfiyyətini aşağı salır, həm də ətrafdakılara diskomfort hissi verir. Lakin xoruldamanın qarşısını almaq və müalicə etmək üçün tibbi yollar yoxdur. Ona görə də yalnız özünüz müxtəlif tədbirlər görərək bu problemin öhdəsindən gələ bilərsiniz. Aile.lent.az onlardan bir neçəsi ilə sizi tanış edir.

 

Yan üstə yatın

 

Kürək üstə yatdığınız zaman dilinizin bazası boğazınızın arxa hissəsinə düşür və nəfəs almanın çətinləşməsinə səbəb olur. Bu halda xorultu səsi yaranır. Yan tərəfə doğru yatsanız, bu vəziyyətlə rastlaşmaz və daha rahat nəfəs alarsınız.

 

Arıqlamağa çalışın

 

Həddindən artıq çəki ağciyərlərin hava almasına mane olur. Nəticədə tıxanma meydana gəlir və xorultu yaranır. Ancaq bu vəziyyətdə yalnız xoruldamırsınız. Həddindən artıq çəkisi olan insanların çoxunda yuxu pozuntusu problemi də ortaya çıxır.

 

Yatmazdan əvvəl dərin nəfəs alın

 

Ümumiyyətlə, ağız yolu ilə nəfəs almaq xoruldamağa səbəb ola bilər. Buna görə də  yatmazdan əvvəl tez-tez burnunuzdan nəfəs alıb-verin. Bu, xoruldamağı azaltmağa kömək olacaq.

 

Evi yaxşıca təmizləyin

 

Allergik maddələr xoruldamağa səbəb olan məqamlar arasındadır. Buna görə də yatdığınız otağı və yataq örtüklərini davamlı olaraq yuyun.

 

Yediklərinizə diqqət edin

 

Yatmazdan ən az 1 saat əvvəl spirtli içkilər, ağır yeməklər və turşulu qidalar yeməyin.  Xüsusilə spirtli içkilər boğaz əzələlərini gücə salaraq xoruldamağa səbəb olar. 

 

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

İsrail Qəzzaya humanitar yardımı yenidən dayandırıb

İsrail Qəzzaya yardım çatdırılmasını dayandırıb.   Sfera.az bu barədə "The Times of Israel”a istinadən xəbər verir.   Baş Nazirlikd...

“07” ilə toqquşan motosikletçi öldü

Bu gün saat 14 radələrində Göyçay şəhərində ağır yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, şəhər ərazisində “VAZ-2107” markalı avt...

Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO

Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N saylı hərbi hissədə baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, hərbi hissənin rəhbər heyəti, şəhid ail...

Mirkamil ikinci əməliyyatından sonra...- VİDEO

Uzun müddətdir səhhətində problem olduğu üçün sənətdən uzaqlaşan Mirkamil Kamilovun yeni görüntüsü yayılıb.   Sfera.az Axşam.az-a istinadən xəbər ver...

"Çinli diplomat Tehranı yanlış addımdan çəkindirməyə çalışıb" - Politoloq

İyulun 6-7-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək BRİCS-in zirvə toplantısında Rusiya və Çin liderlərinin iştirak etməyəcəklərinə dair xəbərlər ya...

Xamanei İran xalqını təbrik etdi

İranın ali dini lideri Ayətulla Seyid Əli Xamanei xeyli vaxt sonra paylaşım edib.   Sfera.az xəbər verir ki, o, “X” hesabında İran xalqın...