Bulvardakı çay süfrəsinə elə bir "şot" gəldi ki... - FOTO

Bulvardakı çay süfrəsinə elə bir

Bakıda Dənizkənarı Bulvardakı çayxanaların birində adi çay süfrəsi müştəriyə 36 manata başa gəlib. 

Sfera.az bakipost.az-a istinadən xəbər verir ki, şəhər sakini Ruslan Dadaşov 2 çaydan çay, 2 qab mürəbbə, 2 paxlava və 2 qab ləpəyə görə bu qədər hesab ödəyib. 

R. Dadaşovun feysbukda paylaşdığı qəbzlərdən görünür ki, kafe 2 paxlavanı 10, 2 qab ləpəni 12, 2 mürəbbəni isə 10 manata satıb. Çay isə müştəriyə 2 manatdan verilib.

Maraqlı məqam isə ondan ibarətdir ki, müştəri bu qədər çərəzi özü sifariş etməyib. Belə ki, R. Dadaşov kafe sahibinin öz qaydaları olduğunu və çay dəstgahı olmadan müştəriyə sadə çay verilmədiyini bildirib. 

"Çayxana "Park bulvar"dan Hökumət Evinə doğru gedən yoldadır. Günbəzli bir yerdir. Başa düşmürəm ki, bir qab mürəbbə 5 manatdan, bir qab ləpə 6 manatdan, bir paxlava isə 5 manatdan hesablanır, bəs niyə qiymətləri tənzilməyən bir qurum yoxdur?", - deyə şəhər sakini etiraz edib.

 

Məlumat üçün bildirək ki, çayxana Hüseynov Sahib adlı fiziki şəxs tərəfindən idarə olunur. Bu barədə məlumat qəbzdə əks olunub.

Bu, bulvardakı kafelərdə olan tariflər və şərtlər barədə ilk şikayət deyil. Bulvar İdarəsi isə müştərilərə "Qaynar xətt"lə (055 282 70 00, 012 480 18 36) əlaqə saxlamağı tövsiyə edir.



 



OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...