Azərbaycanda dəhşətli qəza: ölən və yaralanan var - VİDEO

Azərbaycanda dəhşətli qəza: ölən və yaralanan var - VİDEO

Sabirabadda dəhşətli qəza olub. Yük maşını ilə toqquşan avtomobilin sürücüsü sıxılaraq ölüb. Maşında olan sərnişin isə ağır xəsarət alıb. Astara və Tovuzda isə piyada vurma qəzaları ölümlə nəticələnib.

Avtomobil yük maşını ilə toqquşdu. Sürücü sıxılaraq öldü. Hadisə gecə saatlarında Sabirabadda baş verib.Hacıqabul-Bəhrəmtəpə magistralının 16 -cı kilometrliyində rayonun Nizami kəndi ərazisində minik avtomobili yük avtomobili ilə toqquşub. Nəticədə sürücü Şirvan sakini, 37 yaşlı Rəşad Musayev hadisə yerində ölüb.

Sərnişin, Şirvan sakini, 33 yaşlı Elvin Musayev isə kəllə-beyin travması ilə Şirvan Mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Sürücünün avtomobildə sıxılmış meyiti xilasedicilər tərəfindən xüsusi avadanlığın köməyi ilə çıxarlaraq aidiyyatı üzrə təhvil verilib.

Tovuzda isə avtomobil piyadanı vuraraq öldürüb. Hadisə Rayonun Həzi Aslanov küçəsində baş verib. Gecə saatlarında yolu keçmək istəyən rayon sakini 51 yaşlı Tofiq Həsənov avtomobillə vurulub. Sürücü piyadanı xəstəxanaya çatdırsa da, həyatını xilas etmək mümkün olmayıb

Astarada da bənzər qəza olub. Rayonun Giləkəran kəndində 35- yaşlı İlkin Sultanov yolu keçmək istəyərkən onu maşın vurub.Yaralı dərhal sürücü tərəfindən xəstəxanaya çatdırılsa da,onun həyatını xilas etmək mümkün olmayıb.


OXŞAR XƏBƏRLƏR

İsrail Qəzzaya humanitar yardımı yenidən dayandırıb

İsrail Qəzzaya yardım çatdırılmasını dayandırıb.   Sfera.az bu barədə "The Times of Israel”a istinadən xəbər verir.   Baş Nazirlikd...

“07” ilə toqquşan motosikletçi öldü

Bu gün saat 14 radələrində Göyçay şəhərində ağır yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, şəhər ərazisində “VAZ-2107” markalı avt...

Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO

Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N saylı hərbi hissədə baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, hərbi hissənin rəhbər heyəti, şəhid ail...

Mirkamil ikinci əməliyyatından sonra...- VİDEO

Uzun müddətdir səhhətində problem olduğu üçün sənətdən uzaqlaşan Mirkamil Kamilovun yeni görüntüsü yayılıb.   Sfera.az Axşam.az-a istinadən xəbər ver...

"Çinli diplomat Tehranı yanlış addımdan çəkindirməyə çalışıb" - Politoloq

İyulun 6-7-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək BRİCS-in zirvə toplantısında Rusiya və Çin liderlərinin iştirak etməyəcəklərinə dair xəbərlər ya...

Xamanei İran xalqını təbrik etdi

İranın ali dini lideri Ayətulla Seyid Əli Xamanei xeyli vaxt sonra paylaşım edib.   Sfera.az xəbər verir ki, o, “X” hesabında İran xalqın...