Azərbaycan Prezidenti: "İdxalın azalması, ixracın kəskin artması iqtisadi sabitliyimizi təmin edir"

Azərbaycan Prezidenti:

Bu ilin üç ayında Azərbaycanın ticarət dövriyyəsi 15 faiz artıb. Bu da çox yaxşı göstəricidir. İxrac təxminən 50 faiz artıb. Sevindirici hal ondan ibarətdir ki, qeyri-neft ixracımız təqribən 10 faiz ətrafında artıb, idxal isə 17 faiz azalıb. Bu da bizim siyasətimizin təzahürüdür.

Sfera.az  AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında məlumat verib.

"Biz idxaldan asılılığımızı azaltmaq üçün yerli istehsalı stimullaşdırdıq, biznes qurumlarına çox gözəl şərait yaratdıq, xüsusilə kənd təsərrüfatı sahəsinə texnikanın alınmasına və digər tədbirlərə dövlət investisiyaları qoyuldu", - deyən Azərbaycan Prezidenti vurğulayıb ki, idxalın azalması, ixracın kəskin artması bizim iqtisadi sabitliyimizi təmin edir. Bu göstəricilər bizim iqtisadi vəziyyətimizi real əks etdirir.

İlin birinci rübündə 85 min yeni iş yerinin yaradıldığını qeyd edən dövlət başçısı onlardan 70 mininin daimi olduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyev əlavə edib ki, iş yerlərinin yaradılması təkcə dövlət sektorunda yox, özəl sektorda da davam edir.


OXŞAR XƏBƏRLƏR

İsrail Qəzzaya humanitar yardımı yenidən dayandırıb

İsrail Qəzzaya yardım çatdırılmasını dayandırıb.   Sfera.az bu barədə "The Times of Israel”a istinadən xəbər verir.   Baş Nazirlikd...

“07” ilə toqquşan motosikletçi öldü

Bu gün saat 14 radələrində Göyçay şəhərində ağır yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, şəhər ərazisində “VAZ-2107” markalı avt...

Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO

Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N saylı hərbi hissədə baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, hərbi hissənin rəhbər heyəti, şəhid ail...

Mirkamil ikinci əməliyyatından sonra...- VİDEO

Uzun müddətdir səhhətində problem olduğu üçün sənətdən uzaqlaşan Mirkamil Kamilovun yeni görüntüsü yayılıb.   Sfera.az Axşam.az-a istinadən xəbər ver...

"Çinli diplomat Tehranı yanlış addımdan çəkindirməyə çalışıb" - Politoloq

İyulun 6-7-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək BRİCS-in zirvə toplantısında Rusiya və Çin liderlərinin iştirak etməyəcəklərinə dair xəbərlər ya...

Xamanei İran xalqını təbrik etdi

İranın ali dini lideri Ayətulla Seyid Əli Xamanei xeyli vaxt sonra paylaşım edib.   Sfera.az xəbər verir ki, o, “X” hesabında İran xalqın...