Sərnişinlərin təhlükəsizliyinə nəzarət gücləndiriləcək - Reydlər başlayır

Sərnişinlərin təhlükəsizliyinə nəzarət gücləndiriləcək - Reydlər başlayır

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) respublika ərazisində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib.

Sfera.az xəbər verir ki, qurumdan Trend-ə verilən məlumatda bildirilir ki, yol-nəqliyyat hadisələrinin təhlili və aparılan müşahidələr göstərir ki, son vaxtlar avtobus və mikroavtobus sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması və onların nəticəsində törədilən qəzaların sayında artım var. Aparılmış müşahidələr deməyə əsas verir ki, belə qayda pozuntularına daha çox yol verənlər məhz Bakı-Sumqayıt marşrutu üzrə sərnişin daşımalarını həyata keçirən sürücülərdir.

Qeyd olunan marşrutlarda hərəkət edən sərnişinlərin təhlükəsizliyinin təmin olunması və bu sahəhədə nəzarətin gücləndirilməsi məqsədilə Baş DYP İdarəsi əlaqədar qurumlarla birgə reydlər keçirəcək. Tədbir zamanı Bakıda, Sumqayıtda, eləcə də marşrut boyu təşkil edilmiş xüsusi postlarda avtobus və mikroavtobusların texniki vəziyyətinə ciddi nəzarət olunacaq, əsasən konstruksiyasında nəzərdə tutulduğundan artıq sayda oturacaqlarla təchiz edilmiş, tormoz və sükan idarə sistemi nasaz olan, nəqliyyat vasitəsinin şinlərinin protektorlarının naxışları eyni ox üzrə müxtəlif olan və qalınlıqları tələb edilən normalara (ən azı 2 mm) cavab verməyən, habelə avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi beş ildən az olan sürücülər nəqliyyat vasitələrinin idarə olunmasından kənarlaşdırılacaqlar. Mətbuat nümayəndələrinin iştirakı ilə keçiriləcək reydlərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti əməkdaşlarının da iştirakı nəzərdə tutulub ki, onlar qanunsuz sərnişin daşıma fəaliyyəti göstərən sürücülərin məsuliyyətə cəlb olunması istiqamətində müvafiq tədbirlər görəcəklər.

 

Bununla əlaqədar Baş DYP İdarəsi qeyd olunan marşrut üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərdən xahiş edir ki, fəaliyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"na uyğun şəkildə təşkil etməklə sərnişinlərin, eləcə də digər hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunması, habelə sərnişinlərin yollarda əziyyət çəkməmələri məqsədilə onların başlanğıc və son məntəqə kimi yalnız avtovağzallarda (avtostansiyalarda) müəyyən edilmiş duracaqlarda minib-düşmələrini və sadalanan texniki tələblərə ciddi riayət olunmasını təmin etsinlər.


OXŞAR XƏBƏRLƏR

İsrail Qəzzaya humanitar yardımı yenidən dayandırıb

İsrail Qəzzaya yardım çatdırılmasını dayandırıb.   Sfera.az bu barədə "The Times of Israel”a istinadən xəbər verir.   Baş Nazirlikd...

“07” ilə toqquşan motosikletçi öldü

Bu gün saat 14 radələrində Göyçay şəhərində ağır yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, şəhər ərazisində “VAZ-2107” markalı avt...

Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO

Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N saylı hərbi hissədə baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, hərbi hissənin rəhbər heyəti, şəhid ail...

Mirkamil ikinci əməliyyatından sonra...- VİDEO

Uzun müddətdir səhhətində problem olduğu üçün sənətdən uzaqlaşan Mirkamil Kamilovun yeni görüntüsü yayılıb.   Sfera.az Axşam.az-a istinadən xəbər ver...

"Çinli diplomat Tehranı yanlış addımdan çəkindirməyə çalışıb" - Politoloq

İyulun 6-7-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək BRİCS-in zirvə toplantısında Rusiya və Çin liderlərinin iştirak etməyəcəklərinə dair xəbərlər ya...

Xamanei İran xalqını təbrik etdi

İranın ali dini lideri Ayətulla Seyid Əli Xamanei xeyli vaxt sonra paylaşım edib.   Sfera.az xəbər verir ki, o, “X” hesabında İran xalqın...