Aldığı şəklin çərçivəsindən elə bir şey çıxdı ki, BÜTÜN HƏYATI DƏYİŞDİ - FOTOLAR

Aldığı şəklin çərçivəsindən elə bir şey çıxdı ki, BÜTÜN HƏYATI DƏYİŞDİ - FOTOLAR

Bəzən əlimizdə olan əşyaların dəyərini bilmirik. İstifadəsiz halda saxladığımız yüzlərlə əşyalar var ki, bəlkə də həqiqi qiymətini araşdırsaq, ağlasığmaz rəqəmlərlə rastlaşarıq. Əksər hallarda bunlar nənə babalarımızın bizə vəsiyyət etdiyi və ya hədiyyə etdiyi qədimi əşyalar, ya da təsadüfi tapıntılar arasından çıxır.

Sizə ilk baxışda dəyəri anlaşılmayan 8 əşyanın siyahısını təqdim edirik:

1. İngiltərəli Con Veber 1945-ci ildə babasının ona verdiyi metal fincanın əsil dəyərindən xəbəri yox idi. O, bu fincanı pnevmatik tüfəngdən atəş açarkən hədəf kimi istifadə edib. Uzun illər sonra Con fincanın 2300 il əvvəl İranda təmiz qızıldan hazırlandığını öyrənib.

2. Yeni alınan evdə təmir zamanı Devid Qonzales bir sıra qəzetlərin arasında 1938-ci ilə aid karikatura tapır. Bu karikaturanın xüsusiliyi ondadır ki, supermen adlı qəhrəmanın ilk obrazı təsvir olunmuşdu. Korlanmış halda olmasına baxmayaraq, karikaturanı 175 min dollara satmışdı. Bu karikaturanın ən dəyərli nüsxəsi 2014-cü ildə 3,2 milyon dollara satılmışdı.

3. Robin Darvel 46 dollara hərracdan içərisində kiçik ölçülü rəsm olan qutu alır. Şəkildə köhnə bir kənd əks olunub. Sənət əsərini sıradan birinin işlədiyini zənn edib. İllər sonra Robinin oğlu Robert Darvel rəsmin üzərində kiçik bir imzanın olduğunu aşkarlayıb. İmzanın kimə məxsus olduğunu araşdırıb. Məlum olub ki, tullantı kimi dəyərləndirilən rəsm əsəri məşhur amerikalı rəssam Con Konstebla məxsusdu. Şəkil tez zamanda 390 min dollara satılıb.

4. Omandan olan 3 balıqçı dənizdən çəkisi 80 kq olan pis qoxulu əşya tutub. Araşdırmalardan sonra məlum olub ki, "üzən qızıl" adlandırılan bu parça ətirlərdə, parfümlərdə qoxuların tərkibinə qatılır. Keyfiyyətindən asılı olaraq, 1 qramı 35 dollardək qiymətləndirilir. Bu tapıntıdan sonra hər üç balıqçının gözəl həyatı başlayıb.

5. 306 karatlıq qara opal daşı 1999-ci ildə Avstraliyada tapılıb. Şaxtaçı Bobbi təqaüdə çıxmazdan əvvəl dəyərli bir şey tapmaq ümidi ilə sonuncu gün işə gedir. Çay daşıları ilə dolu vedrənin içində göy işıltı görür. 2 il həmin daşın üzərində işləyib daşı təmizləyib cilaladıqdan sonra başa düşür ki, bu sıradan bir çay daşı deyil. Uzun illər onu hər kəsdən gizlədir. 14 ildən sonra daş 3 milyon dollar dəyərində satışa çıxarılıb.

6. 1989-ci ildə Pensilvaniyada bir kişi bazardan kiçik bir çərçivə alır. İçərisindəki mənzərə yox, məhz çərçivə onun diqqətini cəlb etmişdi. Ona görə də evə gələn kimi dərhal çərçivəni çıxartdı. Çərçivənin içərisindən 1776-cı ilə aid müstəqillik Bəyannaməsinin surəti çıxıb. Kişi ağıllı davranaq həmin sənədin surətini çıxarır. Və 1991-ci ildə nüsxənin birini 2,4 milyon dollara, digərini isə 2000-ci ildə 8,1 milyon dollara satıb.

7. Evdə təmizlik zamanı tozlu, çirkli bir güldanı yenidən əvvəlki halına salmaq ümidilə təmizliyirlər. Güldan 18-ci əsr Çin mədəniyyətinin nadir nümunələrindən biri olub. 2010-ci ilin noyabrında güldanı 83 milyon dollara satıblar. Lakin 2 il ərzində bütün məbləğ tam ödənilmədiyi üçün satış ləğv edilib. Daha sonra yenidən satışa çıxarıldığı deyilən güldanın nə qiyməti, nə də sahibi barədə heç bir məlumat verilməyib.

8. 1938-ci ildə 12 yaşlı Roy Spenser təpənin ətəyində tünd-boz rəngli daş tapıb və onu atasına gətirib. Tapıntının qara kristal olduğunu görən ata onu evə gətirir. 9 il sonra Los Ancelsli zərgər qardaşlar daşı 18 min dollara alırlar. (Hazırda onun qiyməti 196 min dollar dəyərindədir).

Əslində bu yaqut daşı idi. Çox sonralar bu daş anonim şəkildə bir neçə dəfə satışa çıxarılıb. İndi yaqut 88 milyon dollar dəyərindədir.

publika.az

OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...