Putinin xalqa müraciəti başladı - CANLI YAYIM - YENİLƏNİR

Putinin xalqa müraciəti başladı - CANLI YAYIM  - YENİLƏNİR

Vladimir Putin Böyük Kreml sarayının Georgiyevsk zalında illik müraciətinə başlayıb.

 

Prezidenti çıxışına terrorizmlə mübarizə aparan hərbi qulluqçulara minnətdarlıqla başlayıb. Zalda Suriyada həlak olan hərbçilərin qohumlarının olduğunu deyən Vladimir Putin qonaqlardan onların xatirəsini bir dəqiqəlik sükutla yad etməyə xahiş edib.

 

“Suriyada bizim silahlı qüvvələrimiz hər şeydən əvvəl Rusiya üçün vuruşur. Suriyada cəmləşən döyüşçülər bizim üçün xüsusi təhlükədir. Biz təhlükəni qarşılamağa və terrorçuları məhv etməyə məcburuq. Kimlərsə arzu olunmayan rejimləri dəyişmək istədi və bütün bunlar baş verdi”,- Putin deyib.

 

Putin vurğuladı ki, bir ölkənin gücləri ilə beynəlxalq terrorizmə qalib gəlmək mümkün deyil. Prezident qeyd etdi ki, müasir rus silahları effektiv döyüş şəraitində özünü sübut edir. Putin əmin olduğunu bildirib ki, Rusiya ordusu və donanması döyüş bacarığını sübut edib.

 

Dövlət başçısı bildirib ki, Rusiya regional təhlükəsizliyin ən həssas məsələləri üzrə Türkiyə ilə əməkdaşlıq etməyə hazır idi. Putin növbəti dəfə Türkiyəni İŞİD-lə əməkdaşlıqda ittiham edib. “Biz bilirik ki, Türkiyədə kimlər neftdən pul qazanır, muzdlular toplayır”, - Rusiya prezidenti söyləyib.

 

O, əmin olduğunu bildirib ki, Türkiyə hakimiyyəti etdiyi hərəkətə görə, peşman olacaq.

 

Rusiya prezidenti hesab edir ki, Allah ağıldan məhrum etməklə Türkiyə hakimiyyətini cəzalandırmaq qərarına gəldi.

 

“Mən anlamıram lki, onlar niyə bunu etməyə qərar verdilər. İstənilən problemləri mükəmməl həll etmək mümkün idi. Biz ən həssas məsələlər üzrə ünsiyyət saxlamağa hazır idik. Onların bunu niyə etdiyini yalnız Allah bilir. Görünür, Allah Türkiyəni idarə edən dəstəni ağıldan məhrum etməklə cəzalandırmaq qərarına gəldi”, - Putin deyib. 

 

Putin Rusiyanın silahlanma yarışında iştirak etmək niyyətində olmadığını deyib. Prezidenti ölkə iqtisadiyyatında vəziyyətin mürəkkəb olduğunu, amma kritik olmadığını qeyd edib.


OXŞAR XƏBƏRLƏR

Naxçıvanda əhalinin sayı artdı

Naxçıvan Muxtar Respublikasında (MR) əhalinin sayı artıb.   Sfera.az xəbər verir ki, bu barədə Naxçıvan MR Dövlət Statistika Komitəsi məlumat yayıb. ...

Elektronik avadanlıqlar alarkən nələrə diqqət etməliyik? - ARAŞDIRMA

Son dövrlərdə elektronik avadanlıqlarda təhlükəsizlik problemlərinin artması cəmiyyətdə ciddi narahatlıq doğurur. Robot tozsoranlardan tutmuş elektrik avtomobil...

Azər Türk Bank ötən ili uğurla başa vurdu

Dövlət bankı Azər Türk Bankın 01 yanvar 2025-ci il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 110% artaraq, 2,084 milyard manat səviyyəsində olub...

Əhalinin NƏZƏRİNƏ: Bu ərazilərdə sürüşmə təhlükəsi yüksəkdir

Son vaxtlar yağıntıların artması bölgələrdə torpaq sürüşməsini artırıb.   Sfera.az xəbər verir ki, Şəki şəhərində 18-ci rayon Tolstoy küçəsində torpa...

"Bayden administrasiyası "son akordları"nı vurur, Rusiya razılıq verməsə, ABŞ Ermənistanda..." - ŞƏRH

Xəbər verdiyimiz kimi, artıq ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalanıb. Sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət kati...

Hava yağıntılı olub, güclü külək əsib - FAKTİKİ HAVA

Saat 11.30-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz, lakin bəzi şimal və şərq rayonlarında arabir yağıntılı olub.   Bu b...