Ağakərim anasının ölümündən xəbərsizdi

Ağakərim anasının ölümündən xəbərsizdi

Bir neçə gün öncə beyninə qan sızaraq Mərkəzi Kliniki Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən tanınmış meyxanaçı Ağakərimin səhhəti barədə yeni xəbər var.

Sfera.az bildirir ki, lent.az-a açıqlama verən meyxanaçının bacısı oğlu Rüstəm bildirib ki, dayısı sabah xəstəxanadan evə buraxılacaq: "Allaha şükür olsun ki, Ağakərim bəyin səhhəti müsbətə doğru irəliləyir. Həkimlə danışdıq, söylədi ki, artıq sabah evə buraxılacaq. Müalicələri ev şəraitində davam etdiriləcək".
 
Meyxanaçının bacısı oğlu onu da əlavə etdi ki, Ağakərim anasının ölümündən xəbərsizdir: "Sabah evə buraxılacaq. Bütün qohumlara, tanışlara xəbər vermişik, xahiş etmişik ki, bu xəbəri Ağakərim bəyə çatdırmasınlar. Qorxuruq, istəmirik, bilsin ki, anası dünyasını dəyişib. İnşallah, vəziyyəti tam yaxşı olandan sonra demək olar".
 
Qeyd edək ki, meyxanaçı Ağakərimin martın 30-da beyninə qan sızıb. Meyxanaçının anası isə ötən həftənin şənbə günü dünyasını dəyişib. 


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...