Şəhid mayorun qızı məktubu ilə ürək dağladı: "İndi üşüyürsən torpağın altında?" - FOTO

Şəhid mayorun qızı məktubu ilə ürək dağladı:

Türkiyədə ötən il Mardinin Nusaybin mahalında şəhid olan mayor Ahmet Karamanın qızı Zühre Karaman sosial şəbəkədə paylaşdığı məktubu ilə ürək dağlayıb.

Milli.Az "Vatan"a istinadla bildirir ki, şəhid qızının məktubundakı "Eşqin yaşı 17 idi, ata... Biz sənin, səsin, qoxun, gülüşün üçün darıxırıq. Sənsizlik çox çətindir. Eşqin yaşı 17 idi, ata, mənim səndən sonra 18 yaşım oldu", - sözləri hər kəsi məyus edib.

Mayor Ahmet Karaman ötən il terrorçuların yerə döşədiyi minanın partlaması nəticəsində həyatını itirib.

Dostlarının dediyinə görə, o, həmin günün səhəri yoldaşlarına "Bu gün Rəqaib gecəsidir, şəhid olmaq üçün gözəl gündür" söyləyib. O, qısa müddət sonra oğlu və qızı ilə telefonla danışaraq onları "şəhid olsam, ağlamayın" deyə tənbehləyib.

Milli.Az Türkiyə mediasına istinadla onun qızının məktubunu təqdim edir:

"Yük təyyarələri haqqında məlumatınız var? Mən sizə deyim.

Qətiyyən sərnişin təyyarələrinə bənzəmir. Fərqli-fərqli hissələri olmur. Evin qonaq otağı boyda boş yeri, girişi və bir neçə oturacağı var. Həmin hissəyə tabutu qoyurlar. Siz mənim tabut dediyimə baxmayın, o, gün gözümün nurunu qoydular onun içinə. 

Azı 3 saat bu halda gurultulu, soyuq təyyarənin içərisində uçmaq nədir bilirsiniz?

Cəsarət edib onun yanına gedə bilməmək nədir bilirsiniz? Orada olduğunu bilərək üzünü görə bilməmək, sarılıb-qoxlaya bilməmək nədir anlayırsınız?

 

3 saat...

3 saat mən ona baxdım, o, mənə baxdı...danışmadım, toxunmadım, sarıla bilmədim...

Qardaşımın ən böyük arzularından biri təyyarəyə minmək idi. Atam "söz verirəm, mindirəcəm səni" demişdi. Belə də olsa, sözünü tutdu.

Verdiyin bütün sözləri tutdun, ata, ürəyin rahat olsun.

Səni sonuncu dəfə görəndə evdən gedərkən məni oyatmamışdın. Yataq istidir indi, mən olsam, qalxmazdım demişdin.

İndi üşüyürsən torpağın altında? Sən soyuğu heç xoşlamırdın.

Bu gün 1 il oldu, canımın içi. Səndən sonra heç nə eyni deyil. Ən xoşbəxt anımızda belə əksiklik var. 

"Eşqin yaşı 17 idi, ata...Biz sənin, səsin, qoxun, gülüşün üçün darıxırıq. Sənsizlik çox çətindir. Eşqin yaşı 17 idi, ata, mənim səndən sonra 18 yaşım oldu"


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...