Telefonda ölüyə quran oxutdurmaq olarmı? Molla iddia edir ki, son zamanlar insanlar belə edir - VİDEO

Telefonda ölüyə quran oxutdurmaq olarmı? Molla iddia edir ki, son zamanlar insanlar belə edir - VİDEO

Mollaya pul verib quran oxutdurmaqdansa yasin surəsinin oxunuşunu mobil telefona yazıb qəbir üstündə səsləndirmək kimin ağlına gələrdi? Bu məsələ isə ən çox elə qəbristanlıqda belə demək mümkünsə müştəri gözləyən mollaları narahat edir. Onlar şikayətlənirlər ki daha əvvəlki kimi qazana bilmirlər.

Bu qeyri adi iddianı qəbristanlıq mollası olan Mirfaiq Həsənov irəli sürür. Deyir ki. mollaların xidmətindən istəfadə edənlər azalıb. Ölüsünə quran oxutdurmaq istəyənlər yasin surəsinin oxunuşunu mobil telefona yazıb, qəbrin üstündə səsləndirlər.

Molla deyir ki, bəziləri quran oxutdurmağa pul vermir, əvəzində bahalı güllər alıb qəbri bəzəyir. Hansı ki o güllərin ölüyə heç bir xeyri yoxdur.

Din xadimi Haci Mirhəmid isə deyir ki, qübrin üstünə gül düzmək ölü yaxınlarının öz işidir. O ki, qaldı Quranın telefonla oxutdurulmasına, bu düzgün deyil.

Din Xadimi Quran canlı oxunmalı, sonra isə ölünün ruhuna hədiyyə edilməli, yəni tapşırılmalıdır.

Hacı Mirhəmid bildirir ki, daha yaxşısı o olardı ki, hər bir kəs ölüsü üçün öz dili ilə bildiyi surə və ayələrdən oxuyub Ruhuna hədiyyə etsin.


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...