Tezliklə Yer kürəsi suya qərq olacaq - Xəbərdarlıq/FOTOLAR

Tezliklə Yer kürəsi suya qərq olacaq - Xəbərdarlıq/FOTOLAR
Tezliklə əriyən buzlar səbəbindən Yer kürəsinin suya qərq olacağı açıqlanıb.

ABŞ kosmik agentliyi NASA on ildir ki, buzlaqların vəziyyətini izləyir və "IceBridge” missiyası çərçivəsində hava şərtlərini öyrənir.

Sfera.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, mövcud durumla bağlı yeni açıqlama gəlib.

Bu il martın əvvəlində alimlər bildiriblər ki, Arktikada dəniz buzlarının həcmi müşahidə olunduğu bütün dövrlər içərisindəki ən aşağı səviyyəsinə çatıb. Buzlaqların ərimə sürəti isə ekspertlərin bütün proqnozlarını ötüb keçib. Ötən 10 il ərzində çoxillik buzların həcmi 15% azalıb. Nəticədə dünya okeanının səviyyəsi sürətlə 40 santimetr artıb.

"IceBridge” missiyasının Kanada, Qrenlandiya və Şimal Buzlu Okeanı üzərində həyata keçirilən 8 saatlıq uçuşunu "Getty Images” agentliyinin fotoqrafı Mario Tama müşayiət edib. Ona Arktika buzlarının necə tədricən yoxa çıxmasını öz gözləri ilə görmək və bu gözəlliyin kadrlarını çəkmək nəsib olub. Tama öz fotoobyektivinin köməyi ilə dünyanın ən soyuq ucqarlarında baş verənləri fotoların yaddaşına köçürüb.
 
Bakı Post

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...