Az yeyib kökələnlər, diqqət – Bu xəstəliyin adı..

Az yeyib kökələnlər, diqqət – Bu xəstəliyin adı..
Qalxanvari vəzi orqanizmdə gedən mübadilə proseslərini tənzimləyir. Onun hormonları bütün metabolik prosesləri sürətləndirir: zülalların və yağların parçalanması, karbohidratların mənimsənilməsi.

Qalxanvari vəzi hormonları müxtəlif mənbələrdən (karbohidratlar, yağlar) orqanizmin yaşaması üçün lazım olan enerjinin alınmasını təmin edir. Orqanizmin əsas enerji mənbəyi karbohidratlardır. Əgər qəbul olunan qidada karbohidratlar çatışmırsa, orqanizm öz enerji ehtiyaclarını ödəmək üçün piyləri parçalamağa başlayır. Məhz bu prinsip arıqlamaq məqsədi ilə tutulan bütün pəhrizlərin əsasında durur.

Karbohidratların daxil olması məhdudlaşdırılır və piylər "əriməyə" başlayır.

Piylər istifadə olunduqdan sonra stress vəziyətinə düşən orqanizm öz əzələlərini "əritməyə" başlayır. Bu hal uzun sürərsə, insan skeletə oxşamağa başlayır (müharibə vaxtında konslagerlərdə saxlanılan insanlar kimi). Anoreksiyadan (patoloji iştahsızlıq) əziyyət çəkən insanlar da bu görünüşü alır.
Bəzi qalxanvari vəzi xəstəlikləri və pozulmaları zamanı qalxanvari vəzinin fəaliyyəti sanki yavaşlayır və nəticədə vəz daha az miqdarlarda hormonları istehsal etməyə başlayır. Bu hal "hipotireoz" adlandırılır.

Hipotireoz zamanı orqanizmin mübadilə prosesləri ləngiyir, orqanizmə daxil olan qidalı maddələr çox asta parçalanır və nəticədə, hətta az qida qəbul edən insan artıq çəki yığmağa başlayır. Bundan əlavə, orqanizmdə mayenin yığılması prosesi baş verir ki, bu da çəkinin artmasına səbəb olur.
Bu səbəbdən əgər siz hiss etsəniz ki, az qida qəbul etməyinizə baxmayaraq çəkiniz artır, mütləq endokrinoloqa müraciət edin və lazım olan analizləri (TSH, T3, T4) verin.

Xəstədə hipotireoz aşkar olunduqda ona bədəndə çatışmayan qalxanvari vəzi hormonları təyin olunur ki, nəticədə vəzin fəaliyyəti normallaşır və insanın çəkisi də azalır.

Bəzi hallarda qalxanvari vəzi, əksinə, sürətlə işləməyə başlayır (buna "hipertireoz" deyilir). Nəticədə isə mübadilə prosesləri sürətlənir və həmişəki qaydada qidalanan insan "səbəbsiz olaraq" kəskin arıqlamağa başlayır.

lent.az

OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...