Azərbaycanda görünməmiş ailə faciəsi: bir evdən 3 uşaq öldü, ata dözmədi

Azərbaycanda görünməmiş ailə faciəsi: bir evdən 3 uşaq öldü, ata dözmədi
Bu gün axşam saatlarında Salyan rayonunun Noxudlu kənd sakini, 1996-cı ildə anadan olmuş Cahangirova Gülmira Qəhrəman qızı komatoz vəziyyətdə Salyan Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Həkimlər aqonal vəziyyətdə olan xəstəyə bir neçə həb qəbul etdikdən sonra bu vəziyyətə düşdüyündən, medikamentoz zəhərlənmə diaqnozu qoyublar.
 
Bildirilir ki, Gülmira adında ailənin 2 qızı bundan əvvəl faciəvi şəkildə ölübmüş. Belə ki, illər öncə ailənin Gülmira adlı qızı körpə olarkən həyətlərindəki su kanalında boğularaq ölüb. Bundan sonra ailə yeni doğulan qızına yenə həmin adı verib. Amma bundan 2-3 il sonra həmin qızcığaz da körpə bacı və qardaşı ilə birgə evləri qarışıq yanaraq ölüb. Bir müddət sonra-1996-cı ildə anadan olmuş qıza yenə də Gülmira adı verilib.
 
Ailənin başına gələnlərdən qızın atası Qəhrəman artıq əsəb xəstəliyinə tutlubmuş və il yarım əvvəl xəstəlikdən dünyasını dəyişib. Elə Gülmira da ailələrinin başına gəlmiş faciələrdən sarsıntı keçirərək yaşamaq istəmədiyini deyirmiş. Bu səbəbdən o, evdə atasından qalmış psixotrop maddələrin bir neçəsini qəbul edərək intihar etməyə cəhd edib.
 
///virtualaz.org-

OXŞAR XƏBƏRLƏR

Ötən il 80 mindən çox miqrant Rusiyadan çıxarıldı

Ötən il Rusiyada 80 mindən çox miqrant məcburi qaydada ölkədən çıxarılıb.   Sfera.az  TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya...

Ötən il xaricdə fəlsəfə doktoru elmi dərəcəsi alan 37 nəfərin sənədi tanındı

Keçən il Azərbaycanda xarici ölkələrdə verilən fəlsəfə doktoru elmi dərəcəsi alan 37 nəfərin sənədi tanınıb.   Sfera.az xəbər verir ki, bu barədə Azə...

“Türkiyə Suriyanı 2 min ildir ki...” - Trampdan maraqlı AÇIQLAMA

ABŞ prezidenti seçilən Donald Tramp Türkiyənin Suriyadakı varlığı ilə bağlı maraqlı açıqlamalar verib.   Sfera.az Türkiyə mediasına istinadən xəbər ...

İtaliyanın bu kəndində əhaliyə xəstələnmək qadağan edildi

İtaliyanın Belkastro kəndində sakinlərə təcili tibbi yardım tələb edən ağır xəstəliyə tutulmaq qadağan edilib.   Sfera.az xarici KİV-ə istinadən...

Xaçmaz sakinindən "Kalaşnikov" götürüldü - VİDEO

Xaçmaz rayon sakini əvvəllər məhkum olunmuş Rüstəm Qeybullayevin qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə polisə məlumat daxil olub.    ...

Unibank kartları ilə ödəniş edin, yüksək keşbek qazanın!

İndi ödənişlərinizi Unibank kartınızla edib, yüksək gəlir qazana bilərsiniz. Çünki Unibank kartlarında keşbek funksiyası bərpa olunub. Etdiyiniz ödənişlərə keşb...