Mingəçevirdə görünməmiş hadisə: şikəst dilənçi polis görən kimi durub qaçdı – FOTOLAR

Mingəçevirdə görünməmiş hadisə: şikəst dilənçi polis görən kimi durub qaçdı – FOTOLAR

Mingəçevirin mərkəzi bazarının qarşısında dilənçiliklə məşğul olan adamlara tez-tez rast gəlinir. Amma bu gün qarşılaşdığımız vəziyyətə insan bilmir gülsün. ya ağlasın. Cavan bir oğlan pul dilənmək üçün özünü şikəst kimi təqdim edirdi. Belə ki, ağzı aşağı sərilmişdi, sanki nə yeriyə bilirdi, nə də tərpənirdi. Yoldan ötənlər ürək ağrısı ilə ona yaxınlaşır, qarşısında pul yığmaq üçün qoyulmuş qutuya pul atırdılar. Biz də ürək ağrısı ilə həmin adama yaxınlaşıb adını, soyadını, haradan gəldiyi, nə kimi köməyə ehtiyacı olması ilə maraqlandıq. O: "Danışa bilmirəm, məndən əl çəkin”,-dedi.

Həmin ərazidə olan dükan sahibləri bizə bildirdilər ki, ona yazığınız gəlməsin, 2 saat içində qarşısına qoyduğu qutu pul ilə dolur və pulları götürüb gedir. Obyekt sahibləri onu da bildirdilər ki, səhər tezdən bir xanım onun qoluna girib bura gətirir, sonra isə birgə gedirlər.

Bir az keçmiş əraziyə polislər gəldilər. Özünü şikəst kimi təqdim edən dilənçi cəld ayağa qalxaraq, pullarını da yığışdıraraq qaçmağa başladı. Sanki bayaq yerə sərilmiş, başı əsən bu adam deyildi. Onu tanıyanlar avtomobilinin də olduğunu dedilər…

Özünü şikəst kimi təqdim edən şəxsin fotolarını da təqdim edirik.

yeniavaz.com

 




OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...