Həbsdə olan müğənni övladını ilk dəfə gördü — Elgiz ürəkləri dağladı + VİDEO

Həbsdə olan müğənni övladını ilk dəfə gördü — Elgiz ürəkləri dağladı + VİDEO

Atam xəstə halda əziyyətimi çəkib, ondan üzr istəyirəm

 Əməkdar artist Rəhman Rəhmanovun həbsdəki oğlu, müğənni Emil Rəhmanov ilk dəfə oğlunun üzünü görüb. 

Sfera.az bildirir ki, bu görüş ARB TV-də yayımlanan "Elin gözü" verilişində baş tutub. Verilişin aparıcısı Elgiz Əkbər Emili oğlu Əli ilə görüşdürüb. 

Verilişin budəfəki buraxılışında aktyor Rəhman Rəhmanovun həbsdə olan oğlu müzakirə edilib. Verilişdə əməkdar artist Rəhman Rəhmanovla yanaşı, müğəninin dostları və həmkarları da iştirak edib.

Oğlunu ilk dəfə görən müğənni Emil Rəhmanov bunları söyləyib: "Allah sizdən razı olsun. Mənim üçün böyük hədiyyə oldu bu. Övladım anadan olandan mən onun üzünü görməmişdim. Cəzamın bitməsinə az qalıb deyə mən onu indi görmək istədim. Daha əvvəl görsəydim, cəzamı çəkmək daha çətin olardı mənə. Çox darıxardım, fikrim qalardı onun yanında. Mənə çox oxşayır. Cavanlıq səhvinə görə düşdüm bura. Bəzi dırnaqarası dostlara inandım, axırı da belə oldu. Yəqin ürəyimin təmizliyinə görə oldu. Sənət adamı, kövrək insan olduğum üçün, ailədən uzaq qalmaq daha ağır gəlir mənə. Atam çox əziyyət çəkib. Həmişə ona çox əziyyət vermişəm. İnşallah, bu son olar. Atam deyirdi ki, sən oxuyanda fəxr edirəm, amma belə şeylər olanda ömrümdən 10 il gedir. Yəqin buradan çıxandan sonra başım övladıma qarışar. Atam xəstə halda uzun illər əziyyətimi çəkib. Bu illərə görə atamdan üzr istəyirəm, haqqını halal eləsin. 10 ildən çox həbsdə olmuşam". 

Verilişdə aktyor Rəhman Rəhmanovla tamaşaçılar arasında gərgin anlar da yaşanıb. Onu qınayanlara aktyor sərt reaksiya verib. 

Qeyd edək ki, müğənni Emil Rəhmanov Şəbnəm Bəndəliyeva adlı xanımla 2014-cü ilin aprel ayında evlənib. Onların birgə həyatı uzun sürməyib. Cütlük 19 mart, 2015-ci ildə rəsmən boşanıblar.  Emil Rəhmanov İlk dəfə 2008-ci ildə soyğunçuluq etməkdə təqsirləndirilərək həbs olunub. O, 6 il azadlıqdan məhrum edilmişdi. Daha sonra isə 2016-cı ilin yanvarında yenidən həbs edilib və 2 illik müddətə azadlıqdan məhrum edilib.

 


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...