Bakı metrosu gecə saat 2-dək işləyəcək

Bakı metrosu gecə saat 2-dək işləyəcək

Xəbər verdiyimiz kimi 2017-ci ildə Bakıda təşkil olunacaq IV İslam Həmrəylik Oyunları mayın 12-dən 22-dək olan tarixi əhatə edəcək. Artıq Bakıda Oyunların keçirilməsi ilə bağlı işlərə start verilib. Avropa Oyunlarında olduğu kimi İslam Həmrəylik Oyunlarında da əhalinin böyük əksəriyyəti, şəhərimizə gələn qonaqların ictimai nəqliyyatdan, xüsusən də metrodan istifadəyə üstünlük verəcəyi gözlənilir.

Sfera.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev unikal.org-un sorğusuna cavab olaraq bildirib ki, Bakı Metropoliteni IV İslam Həmrəylik Oyunları ilə bağlı xüsusi plan hazırlayıb.

Qurum rəsmisi bildirib ki, Avropa Oyunlarında qazanılan təcrübəyə əsaslanaraq işlərinin öhdəsindən uğurla gələcəklər və bununla bağlı qətiyyən narahat olmağa dəyməz: "Avropa Oyunlarına yollanan tamaşaçıların daşınmasının 70 faizi metropolitenin üzərinə düşmüşdü.

Eyni zamanda IV İslam Həmrəylik Oyunlarına da çox ciddi hazırlaşmışıq. Oyunlar müddətində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəyik".

N.Paşayevin sözlərinə görə, plan aşağıdakı kimidir:

"Açılış və bağlanış mərasimləri günü iş qrafikində xüsusi dəyişikliklər olacaq. Həmin günlərdə metro səhər saat 6-dan gecə saat 2-dək fəaliyyət göstərəcək. Adi idman günlərində də metronun gecə saat 1-dək fəaliyyət göstərməsi nəzərdə tutulub. Amma sərnişin axını çox olarsa, bu qrafik artırıla da bilər.

 

Eyni zamanda, metropoliten ərazisində görülən təhlükəsizlik tədbirləri də gücləndiriləcək. Təbii ki, həmin gün Milli Olimpiya Stadionunda keçirilən tədbirdə iştirak etmək istəyən metropolitenin sərnişinləri "Koroğlu" stansiyasından buraxılacaq. Bu məsələ təşkilatçılar tərəfindən nəzərə alınıb və müvafiq qurumlarla birgə tənzimlənəcək. Sözü gedən stansiyanın yaxınlığında qərərgah yaradılacaq. Orada bütün lazımi texniki avadanlıqlar hazır vəziyyətdə saxlanılacaq. Eyni zamanda, tibbi yardım göstərilməsi üçün məntəqə yaradılacaq.

Avropa Oyunlarından fərqli olaraq IV İslam Həmrəylik Oyunlarında Dövlət Sərhəd Xidmətinin "Sərhədçi" İdman Olimpiya Mərkəzindən də istifadə olunacaq. Bu mərkəz metronun "Xalqlar dostluğu" stansiyası yaxınlığında yerləşir. Həmin stansiyanın hər iki keçidi Oyunlara kimi təmir olunub sərnişinlərin ixtiyarına veriləcək, lazimi istiqamətverici lövhələr quraşdırılacaq.

Həmçinin "Koroğlu", "Gənclik", "Sahil" stansiyasında sərnişin axını və kütləviliyi nəzərə alaraq turniketlərin də sayı artırılır. Hər birinə 5 ədəd əlavə turniket qurlaşıdırılıb. Yalnız "Xətai" stansiyasında 2 ədəd əlavə olunub.

Eyni zamanda xarici turistlərə bələdçilik, onların suallarını cavablandırmaq üçün hər bir şərait yaradılacaq. Xarici dil bilən əməkdaşlarımız da mərkəzi stansiyalarda turistlərə bələdçilik edəcəklər".


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...