Məktəbə girib şagirdi boğmaq istədi - Azərbaycanda

Məktəbə girib şagirdi boğmaq istədi - Azərbaycanda

 

Qubada dərs vaxtı məktəbə daxil olan şəxs şagirdi döyərək xəsarət yetirib.

Sfera.az report-a istinadən xəbər verir ki, hadisə Quba rayon, Xınalıq kəndində, Rüfət Kəlbiyev adına Xınalıq kənd İnternat tam orta məktəbində baş verib. 

Belə ki, kənd sakini Əkbərov Əfqan Elxan oğlu məktəbə gələrək, icazəsiz sinif otağına daxil olub və 17 yaşlı şagird Məhəmməd İsmayılovun üstünə qışqıraraq ayağa durmasını tələb edib. O, şagirdi təpiklə vurmaq istəyərkən, M.İsmayılov onun ayağından tutub və yerə yıxıb. Ə.Əkbərov ayağa duraraq Məhəmmədin boğazından yapışıb, boğmağa başlayıb. Bu zaman məktəbin direktoru Yunis Dəmirov içəri daxil olub. Məktəb direktoru M.İsmayılovu Ə.Əkbərovun əlindən almaq istəsə də gücü çatmayıb. Səs-küyə digər müəllimlər də gəlib, güclə Məhəmmədi Əfqanın əlidən alıblar. 

Boğulma nəticəsində şagirdin vəziyyəti pisləşib və huşunu itirib. 

 

Məhəmmədin valideynləri hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

 


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...