Avtoritetlər aeroportda qan salan "lotu"ya görə bir yerə yığışır - VİDEO

Avtoritetlər aeroportda qan salan
Dünyanın bir çox ölkələrin məşhur kriminal avtoritetləri Bakıya gələcək.

BiG.AZ xəbər verir ki, bu gəlişin səbəbi "Dadaş Bakinski” ləqəbi ilə tanınan mərhum avtoritet Dadaş İbrahimovun il mərasimində iştirak etməkdir. Məlumata görə, aprelin 9-da Novxanıda keçiriləcək il mərasiminə daha çox Rusiyadan və Gürcüstandan "qanuni oğrular” qatılacaq.

Dadaşın dəfn mərasiminə qatılmayan "oğru”ların onun il mərasiminə təşrif buyurması təsadüfi deyil. Bəlli olduğu kimi onun özünə qəsd etməsi Rövşən Lənkəranskinin təşkil etdiyi "sxodka”dan qayıdarkən baş vermişdi. Buna səbəb kimi isə D.İbrahimovun həmin "sxodka”da ağır cəzalandırılması, "tac”dan məhrum edilməsi göstərilirdi. Buna görə də həmin vaxt regionda "oğru dünyası”na az qala şəriksiz hökümranlıq edən Lənkəranskinin "sildiyi” adamın dəfn mərasiminə çox az adam qatılmışdı. Bir müddət sonra Lənkəranskinin ölmü isə bu sahədə bütün mənzərəni dəyişib. Vaxtilə Lənkəranskinin düşmən elan etdiyi şəxslər indi daha böyük ehtiramla yad edilir. Ona görə də D. İbrahimovla yaxın münasibətləri olmuş kriminal avtoritetlərin əksəriyyətinin il mərasimində iştirak edəcəyi gözlənilir.

D.İbrahimov "qanuni oğru” adını 2000-ci ildə, 27 yaşında alıb. O ilk məhkumluğunu 2002-ci ildə yaşayıb. Dadaş İbrahimov xuliqanlıq maddəsi ilə 1,5 il azadlıqdan məhrum edib.

2011-ci ilin iyununda D.İbrahimov Peterburqa getmək istəyərkən narkotik maddə ilə saxlanılıb və 4 il müddətinə azadlıqdan məhrum edilib.

2015-ci ildə onun məhkumluğu daha 11 ay artırılıb. Buna səbəb kimi isə onun Krasnayarskda cəza çəkdiyi 17 saylı kolonun əməkdaşına rüşvət təklif etməsi olub.

2015-ci ilin yanvarında cəzasını bitirib azadlığa çıxan "qanuni oğru” Rusiya DİN əməkdaşlarının nəzarəti altında Moskvanın "Domodedovo” aeroportundan Azərbaycana deportasiya edilib.

Onun Ukraynaya niyə getməsi barədə müxtəlif iddialar var. Amma əsas səbəb "qanuni oğru”nun "sxodka”ya çağırılması barədədir.
İddia olunur ki, "Dadaş Bakinski”nin iştirakı ilə "sxodka” keçirilib. Onun ötən ilin avqustunda İstanbulda qətlə yetirilən Rövşən Lənkəranski ilə münasibətləri ürəkaçan olmayıb.

Məlumata görə, D.İbrahimov "Lənkəranski”nin Sumqayıtda "smotryayuşi” olan adamı haqsız yerə cəzalandırdığı üçün "sxodka”ya çağırılıbmış.
"Sxodka”da "Bakinski” Levan Abuladzeni "Butirka” da ("Levan Suxumski”) döyülmə səbəbini əsaslandıra bilməyib. Bu səbəbdən onun titulu əlindən alınıb.

Bunu həzm edə bilməyən "Dadaş Bakinski” Kiyevə gedib və "Borispol” hava limanında əvvəl polisə, sonra isə özünə xəsarət yetirib. Bir neçə gün sonra - aprelin 6-da dünyasını dəyişib.

mənbə: bakipost.az



OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...