Mehriban Əliyeva selfi çəkdirdi - FOTOLAR
Cəmiyyət
11:36 / 07.04.2017
1037
Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində "AITF-2017” XVI Azərbaycan Beynəlxalq turizm və səyahətlər və "HOREX Caucasus-2017” XI Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri ilə tanış olublar. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərgilər barədə dövlət başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verib.
Builki sərgidə 22 ölkəni təmsil edən 272 şirkət iştirak edir. Ziyarətçilər 90-dan artıq xarici turizm istiqaməti, eləcə də ölkə daxilində istirahət imkanları ilə tanış ola biləcəklər. Sərgidə 17 milli və regional stend təmsil olunur.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərgidəki ölkəmizin müxtəlif regionlarının, eləcə də müxtəlif dövlətlərin və şirkətlərin təmsil olunduğu stendlərlə tanış olublar. Stendlərlə tanış olan dövlət başçısı və birinci xanım sərgilərin işinə uğurlar arzuladılar.
Sonra İlham Əliev Və xanımı sərgi iştirakçıları ilə şəkillər çəkdiriblər. Bunlardan ən çox diqqət çəkəni iştirakçıların birinci xanımla çəkdirdiyi selfi olub.
BiG.AZ həmin fotoları sizə təqdim edir: