Bakıya uçan təyyarə taksilərinin qiyməti açıqlandı – FOTO

Bakıya uçan təyyarə taksilərinin qiyməti açıqlandı – FOTO

Gürcüstanın "Adjara Group Hospitality” şirkətinin yenicə istifadəyə verdiyi təyyarə taksilərinin Bakıya uçuş qiyməti açıqlanıb.

Sfera.az xəbər verir ki, şirkətdən seyyah.az-a verilən məlumata görə, təyyarə taksilərlə Tbilisidən Bakıya və geriyə (yəni iki tərəfə) uçuş qiyməti 6930 dollar təşkil edir. Tbilisidən Bakıya bir tərəfli uçuş da bu qiymətə başa gələcək, çünki istənilən halda təyyarə Tbilisidən qayıtmalıdır.

Təyyarə taksi ilə Tbilisidən İstanbula və geriyə uçuş isə 11200 dollar təşkil edir.

Bu qiymətə təyyarə taksinin təyinat yerində beş saat gözləməsi də daxildir. Yəni sərnişin getdiyi yerdə işini beş saat ərzində bitirərsə, həmin təyyarə ilə geri qayıda bilər. Ləngimə beş saatdan artıq olarsa, əlavə ödəniş tələb olunacaq.

Bundan əlavə aeroportdakı qarşılanma xidməti xərcləri də ödənilməlidir – adambaşına 150 dollar.  

Bakıya uçuş üçün iki həftə, İstanbula isə 2-3 gün əvvəl sifariş verilməlidir.

Qeyd edək ki, "Beechcraft king Air C90 GTx” taksi təyyarələri Tbilisi beynəlxalq aeroportundan Gürcüstanın bütün yerli hava limanına, eləcə də, Bakı, Yerevan, İstanbul, Trabzon və digər regionlara uçuşlar həyata keçirəcək.

Yeni, müasir tipli avadanlıqla tam təchiz olunmuş təyyarə beş nəfər sərnişin üçün nəzərdə tutulub.

 

S.B.
www.oxu.az



OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...