Ağır xəstə daşıyarkən radara düşən ambulansın sürücüsü danışdı - VİDEO

Ağır xəstə daşıyarkən radara düşən ambulansın sürücüsü danışdı - VİDEO
Ağdaş Mərkəzi Xəstəxanasından Gəncəyə köçürülməli olan xəstəni aparan təcili tibbi yardım maşını 310 manat cərimələnib.
Sfera.az Xəzər TV-yə istinadən məlumat verir ki, sürücü Rüfət Hüseynov belə hadisənin ilk dəfə başına gəldiyini bildirib.

O qeyd edib ki, xəstəni Ağdaşdan Gəncəyə apardıqları müddətdə təcili yardım maşınının sayrışan işıqları və digər xəbərdarlıq vasitələri təlimata uyğun olaraq işlək vəziyyətdə olub.

"Ağır dialez xəstəsi idi. Çox həyacanlı və çətin vəziyyətdə onu Gəncəyə aparmışıq. Beş dəqiqə gec getməyimiz xəstənin ölümünə səbəb ola bilərdi”, -  deyə o bildirib. 

Təcili Yardım Stansiyasının qaraj müdiri Müzəffər Zakirov belə xidməti avtomobillərin insan həyatını xilas etmək üçün işlədiyini xatırladıb. Buna görə də, o, aidiyyatı qurumları təcili yardım maşınlarının fəaliyyətinə dəstək olmağa çağırıb.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polis idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran Əliyev bildirib ki, qanunvericiliyə görə təcili tibbi yardım maşınları iş başında olarkən yol hərəkəti qaydalarının tələblərindən kənara çıxa bilərlər. Əgər həmin təcili yardım maşını sayrışan işıqlarını yandıraraq hərəkət edibsə və müəssisənin rəhbərliyi də həmin vaxt o avtomobilin xidməti vəzifə icra etdiyini təsdiq edirsə, onda cərimə protokoluna xitam verilməlidir.
 
Qeyd edək ki, sürücü Rüfət Hüseynovun DYP əməkdaşları tərəfindən xəstə daşıdığı zaman radara salınması ilə bağlı informasiyanı ilk dəfə AZXEBER.COM portalı ictimailəşdirmişdi.
 

OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...