Tez qocalmaq istəmirsinizsə, bu vərdişləri tərgidin

Tez qocalmaq istəmirsinizsə, bu vərdişləri tərgidin

Gənc qalmaq hər xanımın arzusudur. Bu arzunu gerçəkləşdirmək üçün xanımlar müxtəlif vasitələrə əl atırlar. Təbii ki, gənc görünmək daha çox genetik quruluşla əlaqədardır. Ancaq gündəlik həyatda edilən bəzi davranışlar da erkən yaşlanmaya gətirib çıxara bilər.

Sfera.az lent.az-a istinadən yaşlanmağa səbəb olan bəzi davranışlarla sizi tanış edir. Əgər sadaladıqlarımızdan sizə tanış gələni varsa, elə bu andan etibarən onları tərgidin.

 
Saçları atquyruğu yığmaq
 
Atquyruğu saç tərzini çox sevmiş ola bilərsiniz. Ancaq hər gün saçı bu formada yığmaq saç sağlamlığına ciddi zərər verir. Hətta bu vəziyyət gələcəkdə saçların tökülməsinə və keçəllik probleminə səbəb ola bilər.
 
Çox süd içmək
 
Təbii ki, südü tamamilə həyatınızdan çıxarmayın. Lakin həddini də aşmayın. Çox süd içmək yağlı və yorğun görünən dəriyə səbəb ola bilər.
 
Günəş kremini yalnız üzünüzə vurmayın
 
Günəş kremini yalnız üzünüzə vurmayın. Əllər və boyun hissəsinə də günəş kremi vurmaq lazımdır. Həmin yerlərin də sizin dəriniz olduğunu unutmayın.
 
Ayaqları bir-birinin üstünə atmaq
 
Oturarkən ayaqları bir-birinin üstünə atmaq damar sıxışmasına və varikozun yaranmasına səbəb olur. Bu cür oturmaq xüsusilə qadınlar üçün olduqca zərərli bir vərdişdir.
 
Yaş saçları daramaq
 
Saçları yaş halda daramaq tökülməyə və qırılmalara səbəb olur. Saçınızda yarana biləcək zədələrin və tökülmələrin qarşısını almaq üçün saçınızı nəm halda daramalısınız.
 
Gözləri ovuşdurmaq
 
Bu pis vərdiş kirpiklərinizin tökülməsinə və kirpik qırılmalarına səbəb olur. Eyni zamanda dərinizə ciddi mənada zərər verir.
 
Həddən çox nəmləndirici
 
Hətta dəriniz çox qurudursa, nəmləndirici krem çəkərkən həddi aşmayın. Nəticədə nəmləndirici krem də kimyəvidir və çox istifadə edildikdə tez yaşlanmanıza səbəb ola bilər.
 
Təzə meyvə suları
 
Təzə meyvə və tərəvəzlər müxtəlif antioksidantlar ehtiva edir və sərbəst radikallarla mübarizə aparırlar. Lakin suların tərkibində çox sayda fruktoza var. Şəkər molekulları qan dövranı ilə bütün hüceyrələrə çata bilir və onları yağlandırır. Ona görə də şəkərli meyvə suları əvəzinə bol kələm suyu içə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...