Qulaq çöplərindən istifadənin zərərləri

Qulaq çöplərindən istifadənin zərərləri

Bəziləri üçün qulaq çöpü əvəzolunmazdır. Ən kiçik bir çirk, ən kiçik bir tıxanıqlıq səbəbi ilə çox insan düşünmədən dərhal iki tərəfi kiçik pambıqla sarılmış çöplə qulaqlarını təmizləyirlər. Məqsədləri, qulaqlarına narahatlıq verən o kirdən xilas olmaqdır. Ancaq qulaq çöpünün potensial təhlükələrindən əksəriyyətin xəbəri yoxdur və xeyir gətirmək əvəzinə zərər verə biləcəyini bilmirlər.

Sfera.az deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər əslində qulaq seyvanındakı qıvrım yerlərin təmizlənməsi məqsədilə istehsal olunan qulaq çöplərinin, qulaq kanallarının içini təmizləmək məqsədilə düşüncəsiz şəkildə dərinliklərə salınaraq, təmizlənməsi vəziyyətində göbələkdən qulaq pərdəsində deşilməyə, infeksiyadan kar olmağa qədər bir çox xəstəliyə yol aça biləcəyini bildirərək, xəbərdarlıq edirlər.
Xarici qulaq yolunda kəsik və ya zədələnmə baş verə bilər, xüsusilə yay aylarında hovuz, dəniz və duş əsnasında, su ilə təmas artan dövrlərdə. Qulağını qulaq çubuğu ilə tmizləyən insanlar, xarici qulaq yolunda gözlə görünməyən bəzi kəsiklərə, zədələnmələrə yol aça bilərlər. Bu zədələnmələr və çatlaqlardan bakteriyalar asanlıqla daxil olaraq, xarici qulaq yolunda infeksiyaya səbəb ola bilər.
Qulaq çöpləri vəziyyətilə çox asan infeksiyanı yaya bilir. Bu səbəblə şüurlu hərəkət etmək, qulaq çöplərini qulaqların dərinliklərinə qədər salmamaq lazımdır.
Kirlər daha da dibə çəkilir. Əslində xarici qulaq yolu qəhvəyi bir madd ifraz edir. Xarici qulaq yolunu infeksiyalardan qoruyan bu ifrazat xarici qulaq yolu tərəfindən çölə atılır, amma biz onu gündəlik həyatımızda görmürük.
 
Çölə atılmasında problem olan vaxt isə bu, içəridə yığıla bilər. Məhz o maddəni qulaq çöpü ilə təmizləyirik deməklə, əksinə o yığılmış ifrazatı daha da içəri salıb içəridə yığılmasına və xarici qulaq yolu kanalını bağlanmasına səbəb oluruq.
Eşitmə zəifliyinə səbəb ola bilərik. Qulağımız təbii quruluşu öz özünü təmizləmə xüsusiyyətinə malikdir. Üstəlik, qulaq çirki güman edilənin əksinə, qulağımız üçün faydalıdır. Amma qulaq çöpü ilə bu faydalı kirlərə müdaxilə edərək, öz özümüzə pislik edirik.
Çünki düşüncəsiz istifadə qulaq tıxanıqlığına, hətta eşitmə zəifliyi və kar olmaqla da nəticələnə bilər.
Qulaq pərdəsində deşilmə baş verə bilər. Qulaq pərdəsi təxminən 2.5-3 santimetr ölçüsündədir. Bu səbəblə xüsusilə hovuz, dəniz və duşdan sonra qulağın rütubətini götürmək kifayət edir. Qulaq çöpləri göbələyə də səbəb ola bilər.


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...