Siqaret çəkənlər üçün ÇOX PİS XƏBƏR

Siqaret çəkənlər üçün ÇOX PİS XƏBƏR

Yeni bir elmi araşdırma, dünyada ölümlərin 10 faizinə siqaret çəkməyin səbəbkar olduğunu göstərir.

Sfera.az virtualaz.org-a istinadən bildirir ki, siqaret çəkmək nəticəsində ölüm hallarının yarısı Çin, Hindistan, ABŞ və Rusiyanın payına düşür.

Siqaret çəkməyə qarşı onilliklər boyu keçirilən kampaniyalardan asılı olmayaraq, əhali artımı siqaret çəkənlərin ümumi sayının artımına səbəb olub.

Araşdırma The Lancet tibbi dərgisində dərc edilib.

"Əlimizdə 50 ildən artıqdır ki, siqaret çəkməyin sağlamlığa zərərini sübut edən dəlillərin olmasına baxmayaraq hazırda dünyada dörd kişidən biri hər gün siqarət çəkir", baş təhqiqatçı doktor Emmanuela Gakidou deyib.

Xəstəliklərin Qlobal Möhnəti adlı hesabat 1990-cı və 2015-ci illər arasında 195 ölkədə siqaretin çəkilməsi barədə toplanan məlumat üzərində hazırlanıb.

Hesabatda 2015-ci ildə dünyada bir milyard insanın hər gün siqaret çəkdiyi deyilir. Onlardan dörddə biri kişi, 20-də biri isə qadındır.

Yüksək vergilər
1990-cı ildə üçdə bir kişi və 12-də bir qadının siqaret çəkdiyi göstərilib. Yeni hesabat bu rəqəmin aşağı düşdüyünü göstərir.

 

1990-cı ildə 870 milyon siqaret çəkən olub. Lakin əhali artımı nəticəsində onların sayı 2015-ci ildə 1 milyarda çatıb.

Eyni dövrdə siqaret çəkmək nəticəsində ölənlərin sayı 4,7 faiz artaraq 2015-ci ildə 6,4 milyona çatıb.

Hesabat yüksək vergilər, paketlər üzərində xəbərdarlıq və maarifləndirmə proqramlarının uğurlu olduğunu göstərir.

Hesabatın 25 illik dövründə Braziliyada siqaret çəkənlərin sayı kişilər arasında 29 faizdən 12 faizə, qadınlar arasında isə 19 faizdən 8 faizə enib.

Eyni dövrdə Bangladeş, İndoneziya və Filippində dəyişiklik müşahidə edilməyib, lakin Rusiyada qadınlar arasında siqaret çəkənlərin sayı 4 faiz artıb.


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...