"Azərbaycan Ordusunun düşmənə cavabı çox kəskin olacaq" - General

"Azərbaycan Ordusunun yaşayış məntəqəmizi atəşə tutan düşmənə cavabı çox kəskin olacaq".

Sfera.az xəbər verir ki, bu fikri AZƏRTAC-a sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov aprelin 6-da günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin 60 millimetrlik minaatanlardan istifadə edərək Tərtər rayonunun Qapanlı kəndini atəşə tutmalarına münasibət bildirərkən deyib.

Y.Aydəmirov bildirib ki, Qapanlı təmas xəttinə ən yaxın kəndlərdən biridir. Ermənilər son vaxtlar yenə atəşkəs rejimini 100 dəfədən çox pozmağa başlayıblar. İndi təmas xəttinə lap yaxın olan kəndlərdə atəşkəsi pozurlar ki, yerli əhaliyə təsir etsinlər. Lakin Qapanlı kəndinin sakinləri heç vaxt doğma yurdlarını tərk etməyəcəklər:

"Ermənilər keçən ilin aprelində də ön xətdə gərginlik yaratmağa, təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmağa başladılar. Əvvəlcə iriçaplı silahlarla, artilleriya, reaktiv yaylım sistemləri ilə mövqelərimizi, sonra isə yaşayış məntəqələrimizi atəşə tutdular. Amma heç bir nəticə əldə edə bilmədilər, üstəlik layiqli cavab aldılar. Ermənistanda seçkilər keçiriləndən dərhal sonra bizim ön xəttə yaxın məsafədə yerləşən yaşayış məntəqələrimizi yenidən atəşə tutmağa başlayıblar. Qapanlı da həmin kəndlərdən biridir. Qapanlını atəşə tutmaqda məqsəd əhalini qorxutmaq, vətəndaşlar arasında ruh düşkünlüyü yaratmaqdır. Lakin düşmən bu istəyinə nail ola bilməyəcək. Digər tərəfdən, Ermənistan rəhbərliyi bununla ölkə əhalisini guya Azərbaycanın atəşkəsi pozduğuna inandırmağa, ön xətdə gərginliyə nail olmağa çalışaraq, cəmiyyətdə narazılığı yumşaltmağa cəhd göstərir. Lakin Azərbaycan ordusu düşmənin öz istəyinə çatmasına imkan verməyəcək".
 


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...