Bakıda dəhşət: avtobus avtomobillərin üzərinə çıxdı - FOTOLAR

Bakıda dəhşət: avtobus avtomobillərin üzərinə çıxdı - FOTOLAR
Nərimanov rayonu ərazisində iki yol qəzası baş verib. "Qaynar" "qafqazinfo"ya istinadən xəbər verir ki, qəza Ziya Bünyadov prospektində "Çermet” körpüsünün girişində olub.

"Geely” markalı 90 RD 351 dövlət nömrə nişanlı avtomobili idarə edən Əli Ramazanov idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb.

O bildirib ki, buna səbəb qarşısındakı avtomobilin qəfil əyləcə basması olub. Ə.Ramazanov da həmin avtomobilə dəyməmək, qəzadan yayınmaq üçün istiqamətini dəyişib. Bu zaman nəqliyyat vasitəsi aşıb. Sürücü xəsarət almayıb.

İkinci qəza isə eyni yerdə, lakin yolun əks istiqamətində baş verib. Qəzanı seyr edən sürücülər avtomobillərinin sürətini azaldaraq yolun ortasında dayanıblar. Bu zaman körpüdən əsas yola çıxan 10 TG 291 nömrəli 20 saylı marşrut avtobusu qarşısındakı 5 avtomobili sürüyərək yolun kənarına çıxarıb. Hadisə zamanı 51 BC 837 nömrəli "VAZ 2104” markalı, 90 UJ 478 nömrəli "Mercedes” markalı avtomobillərə ciddi ziyan dəyib. Digər nəqliyyat vasitələri isə yüngül əzilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Araşdırma aparılır.

Qaynar.Az

OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...