Qüdrət Qurbanovun baş rol aldığı dəniz quldurluğu: Hövsan sahilindən oğurlanan gəminin izi ilə...

Qüdrət Qurbanovun baş rol aldığı dəniz quldurluğu: Hövsan sahilindən oğurlanan gəminin izi ilə...
Uzun müddətdir ki, ölkə mətbuatında "Yunıy Moryak” adlı gəminin oğurlanması, sonradan gəmiyə saxta sertifikat verilməsi ilə bağlı olayın təfərrüatları dərc olunur. 

Azərbaycan Dövlət Dəniz Adminstrasiyasının rəhbəri Qüdrət Qurbanovun birbaşa iştirakı ilə həyata keçirilmiş bu ağlagəlməz oğurluq olayının qaranlıq məqamlarına aydınlıq gətirmək məqsədilə Savash.org əməkdaşı "Yunıy Moryak” gəmisinin sahibi Qəmbər Səfərovla görüşüb.
Qəmbər Səfərovun "kaş Azərbaycana gəlməz olaydım” cümləsi ilə başlayan açıqlamasını həyacansız dinləmək olmur. O danışdıqca xəyalən sanki orta əsrlərə, dəniz quldurlarının iştirakı ilə reallaşan əsatirlərə qayıdır adam. Olay isə orta əsrlərdə yox, 21-ci əsrdə baş verib, motiv isə elə orta əsrlərdəki dəniz quldurlarının əməllərinin eynisidir. Beləliklə...

İş adamı böyük ümidlərlə Rusiyada aldığı gəmini Azərbaycana gətirir...

Qəmbər Səfərov Savash.org əməkdaşına bildirib ki, o uzun illər Rusiya Federasiyasında gəmi və gəmi avadanlıqlarının alqı-satqısı ilə məşğul olub. Hətta bir neçə dəfə Azərbaycanda müxtəlif hüquqi və fiziki şəxslərə gəmi də satıb. Ölkəyə gətirdiyi sonuncu gəmi ilə bağlı başına gələnləri isə yuxusunda da görsə belə inanmazmış. 
İş adamının sözlərinə görə, qalmaqallı "Yunıy Moryak” gəmisi gəzinti üçün nəzərdə tutulub, elə həmin gəminin Azərbaycana gətirilmə səbəbi də gəmini profilinə uyğun işlətmək olub. 

"Yunıy Moryak” Bakı-Nabran marşrutunda üzməliymiş, amma..

Belə ki, çoxdan tanıdığı bir iş adamı Qəmbər Səfərova təklif edib ki, bir gəzinti gəmisi gətirə bilsə Azərbaycanda ortaq iş qurmaq və qazanmaq imkanı əldə etmək olar. Biznes layihə isə bundan ibarət olub ki, gəzinti gəmisi ilə Bakı-Nabran marşrutu üzrə turist gəzintiləri təşkil edilsin. Qəmbər Səfərov deyir ki, bu ideya ona həddən artıq cəlbedici görünüb və o Rusiya Federasiyasında dərhal bu işə yarayacaq gəminin axtarışına başlayıb. Axtarışlar uzun çəkməyib, 2003-cü ildə Rusiyanın Həştərxan vilayətindən onun bütün tələblərinə cavab verən gəmi alıb. "Yunıy Moryak” adlı bu gəmi ilə bağlı alqı-satqı müqaviləsi 2003-cü il fevralın 20-də imzalanıb. Fevralın 28-də təhvil-təslim işləri yekunlaşıb. Bundan sonra Qəmbər Səfərov təxminən 6 ay gəmini təmir etdirib. Daha sonra isə "Yunıy Moryak” böyük ümidlərlə Xəzərin Azərbaycan sərhədlərinə yan alıb...
Hövsan sahilindən oğurlanan gəminin izi ilə...
... Və ”möcüzə”, gəmi Hövsanda yoxa çıxır...

Qəmbər Səfərov Savash.org-a bildirib ki, "Yunıy Moryak” Azərbaycan sahillərinə çıxdıqdan sonra gəminin də, onun da qara günləri başlayıb. Belə ki, fotosunu təqdim etdiyimiz "Yunıy Moryak” ı Hövsan sahillərindəki limanların birində saxlayan sahibkar müvafiq sənədləşmə işləri üçün fəaliyyətə başlayıb. Lakin günlərin birində gəmini saxladığı sahilə gələndə gözlərinə inanmayıb: Gəmi yoxdur!!!
Qüdrət Qurbanovun baş rol aldığı dəniz quldurluğu: Hövsan sahilindən oğurlanan gəminin izi ilə...
Qəmbər Səfərov öncə nə edəcəyini bilmir, sonra isə Xəzərin Azərbaycan sektoru üzrə sahilboyu gəminin axtarışına başlayır. Gəmi sanki iynə olub, dənizdə itib, onu "gördüm” deyən olmur. Sərhəd xidmətinə rəsmi müraciət ünvanlayır ki, gəminin ölkədən çıxıb-çıxmadığına əmin olsun. Cavab gəminin ölkə sərhədlərini keçmədiyini təsdiqləyir. Bundan sonra iş adamı gəmisini məhz Azərbaycanda axtarmaq lazım olduğunu başa düşür və belə də edir. Uzun axtarışlardan sonra isə bəlli olur ki...

- "Yunıy Moryak” oğurlanıb...

- Gəmini kimlər oğurlayıb və Qüdrət Qurbanov "Yunıy Moryak”a saxta sertifikatı necə verib?

- "Yunıy Moryak” "Ramin”ə necə çevrildi?

- İş məhkəmədə və məhkəmə qərarları gəminin Qəmbər Səfərova məxsusluğunu təsdiqləyir...

- Qüdrət Qurbanov hətta məhkəmə qərarlarından sonra belə gəmini sahibinə qaytarmaq istəmir...

- Qüdrət Qurbanov "bu iş mənlik deyil, gəmi "Ağbaş”ın əlindədir açıqlaması ilə kimləri hədəfə gətirmək istəyir?

- Sənədlərin saxtalaşdırılmasında şok naşılıq: 24 metr uzunluğunda olan gəmi sonradan 6 metr necə "uzandı”?

- Sən demə, Qəmbər Səfərov Rusiyada hələ bu gəmini almamışdan aylar öncə onu Azərbaycanda "satıbmış”... Bu necə olur?

Olayla bağlı bu və digər şok nüanslar, eləcə də gəmi oğurluğunu ifşa edən rəsmi sənədlərlə bağlı bütün təfərrüatlar növbəti yazılarımızda...
Azerinews.tv

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...

Prezidentdən Silahlı Qüvvələr Günü paylaşımı - FOTO

Prezident İlham Əliyev 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşımı təqdim edir: ...

Qalib ölkənin qalib ordusu - 107 yaşında!

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür.   Sfera.az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti parlamen...

Tovuzda dönərdən zəhərlənən şəxslərin yaxınları baş verənləri DANIŞDI - VİDEO

Tovuzda baş vermiş zəhərlənmə hadisəsinin təfərrüatı məlum olub.   Sfera.az  Xəzər TV-yə istinadla xəbər verir ki, zərərçəkənlərin yaxınlar...

Təranə Səmədova həbsxanadan Lalə Azərtaşa məktub yazıb

Prodüser Təranə Səmədova həbsxanadan Lalə Azərtaşa məktub yazıb.   Sfera.az xəbər verir ki, aparıcı məktubu efirdə oxuyub.   Təranə məktub...

Vüsal Murtuzəliyev reanimasiyaya yerləşdirilməsindən yazdı

Şükür, mənim üçün də bu ağır günlərin sonu xeyirlə başa çatdı. Artıq yavaş-yavaş bərpa oluram. Həkimin tövsiyəsiylə telefondan, internetdən bir müddət maksimum ...