Əkizlərin "Dodge Drongo" ilə vurduğu kişinin vəziyyəti ağırdır: Kəllə sümüyü sınıb

Əkizlərin
Bu gün səhər əkiz bacıların törətdikləri qəza nəticəsində yaralanan kişi "Semaşko” xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
 
Xəstəxanada olan Yeniçağ.az saytının əməkdaşlarının əldə etdiyi məlumata görə, zərərçəkənin adı Zöhrab Ağayevdir. O, bu gün səhər ağır kəllə-beyin xəsarəti ilə reanimasiyaya yerləşdirilib. Zərərçəkənin nəvəsinin dediyinə görə,87 yaşlı babası hər gün səhərlər gəzməyə çıxırmış:
 
"Xəbəri alan kimi xəstəxanaya gəldik. Bizi içəri buraxmırlar. Öyrəndik ki, saytlar onun qolunun azacıq əzildiyini yazıblar. Bu, ağ yalandır. Onun vəziyyəti ağırdır. Ağır olmasaydı, reanimasiyaya yerləşdirilməzdi. Babamı bacılardan biri ilə xəstəxanaya çatdıran taksi sürücüsünün dediyinə görə, onun qulağında qan varmış. Bu da o deməkdir ki, babam başından ağır zərbə alıb. Hazırda məsələ ilə polis məşğul olur. Biz də hələ ki, içəridən bir cavab gözləyirik. Çünki doğmalarını reanimasiyaya qalxmağa qoymurlar. Şikayət verib-verməməyimiz də babamın vəziyyətində asılıdır”.
 
Zöhrab Ağayevin həkimi neyro-cərrah Nicat Məmmədov olduğunu öyrənən müxbirimiz böyük çətinliklə də olsa xəstənin vəziyyətini öyrənib 
 
"Zöhrab Ağayevin kəllə sümüyü sınıb. O, açıq kəllə-beyin xəsarəti ilə xəstəxanamıza daxil olub. Hazırda vəziyyət çox kritikdir. Çünki burada yaş faktoru da var.
 
 
Müayinələr aparılır. Yəqin ki, cərrahi müdaxiləyə də ehtiyac olacaq. Hər an hər şey ola bilər. Allahdan ümid kəsilməz”. Qeyd edək ki, hadisə ilə bağlı Xəzər TV və 103 FM-in musiqi departamentinin Kənan Bayramov da xəstəxanaya gəlib.

OXŞAR XƏBƏRLƏR

Tovuzda dönərdən zəhərlənən şəxslərin yaxınları baş verənləri DANIŞDI - VİDEO

Tovuzda baş vermiş zəhərlənmə hadisəsinin təfərrüatı məlum olub.   Sfera.az  Xəzər TV-yə istinadla xəbər verir ki, zərərçəkənlərin yaxınlar...

Təranə Səmədova həbsxanadan Lalə Azərtaşa məktub yazıb

Prodüser Təranə Səmədova həbsxanadan Lalə Azərtaşa məktub yazıb.   Sfera.az xəbər verir ki, aparıcı məktubu efirdə oxuyub.   Təranə məktub...

Vüsal Murtuzəliyev reanimasiyaya yerləşdirilməsindən yazdı

Şükür, mənim üçün də bu ağır günlərin sonu xeyirlə başa çatdı. Artıq yavaş-yavaş bərpa oluram. Həkimin tövsiyəsiylə telefondan, internetdən bir müddət maksimum ...

İmtahandan maksimum bal yığdı

Sumqayıt şəhər 1 nömrəli məktəbin biologiya müəllimi Zəhra Süleymanova sertifikasiya imtahanında 60 bal toplayıb.   Sera.az xəbər verir ki, bu bfarəd...

Paraşütçü tullanma zamanı başqa bir paraşütçü ilə toqquşaraq həyatını itirdi

ABŞ-ın Corciya ştatında keçirilən atlama zamanı 48 yaşlı paraşütçü Jasmin Blək havada başqa bir paraşütçünün paraşütü ilə toqquşaraq həyatını itirib. Sfera.a...

Dima Bilanın səsi batıb

Rusiyanın Əməkdar artisti Dima Bilanın səsi tutulub.   Sfera.az xəbər verir ki, bu barədə ifaçı özü məlumat yayıb. O, bu səbəbdən Soçidəki konse...