"Bu cadunu qızın saçına, paltarına, alt paltarına... " - EKSTRASENSDƏN ŞOK VİDEO MÜSAHİBƏ

Tanınmış ektrasens Aqil Məhərrəmov bu dəfə  teletənqidçi Elçin Əlibəyliyə müsahibə verib. Müsahibə iki hissəli olub. 

1-ci hissə:

- Həmkarım Aqildir, Aqil özü haqda çox yüksək düşünür. O hesab edir ki, paranormal qüvvəyə malikdir və bu qüvvə heç nəylə ölçülmür. Əslində, elmdə elə bir qüvvə vardır ki, onu anlamaq, dərk etmək çətindir və illər, əsrlər keçir, onlar adi bir elmə çevrilir, amma vaxtında hamı onu paranormal hal kimi qəbul edirdi. Aqil, sənin elmin elmdir, yoxsa təlim?
- Hazırda elm kimi təsdiq olunmayan, lakin elmə çox yaxın olan, ona təsir göstərən bir təlimdir. 
- Paranormallıq, yəni anormallıq görürsən bu işdə?
- Yox, anormallıq heç nə yoxdur burada. Yəni hazırda insanın beyninin qəbul etməyəcəyi bir çox şey var. Bu, üstün bir əlamətdir.
- Aqil, sənə dəli kimi baxırlar?
- Yox, mənə dəli kimi baxanın özü dəlidir. Məncə, elələrinin dünyagörüşü yoxdur. 
- Gəl, maraqlı bir sınaq keçirək. Bax, bizim bu edəcəyimiz söhbətə nə qədər insan baxacaq? Bizə dəqiq bir rəqəm deyə bilərsənmi? Hər halda baxanlar o rəqəmi görəcək.
- Məncə, 200-230 min arası izləyici bu videoya baxacaq.
- Bunu ona görə soruşuram ki, Azərbaycanda bir çox falçılar, ekstrasenslər olub ki, izləyicilər onların arxasıyca gedir. Amma sənin arxanca getmirlər.
- Deməzdim, sadəcə hər şey gizlin gedir.
- Adətən, deyirlər, fala qadınlar inanır. Siz də belə düşünürsünüz?
- Yalan fikirdir. Son vaxtlar mənə müraciət edənlərin 60 faizi kişilər, 40 faizi qadınlar müraciət edir. 
- Sən gələcəyi nə şəkildə görürsən?
- Gələcək kadr şəklində görünür, insana çatdırılan məlumatlar isə yalnız rəngli şəkildə görünür. Rəngsiz şəkillər də olur, amma onlar deyilmir insana, bunlar alın yazısıdır. Bunları görürəm, amma insanlara demirəm. 
- Belə yaşamaq çətin deyil?
- Çətindir, amma karuma deyilən bir şey var həyatda. Yəni insan bununla keçmişdə buraxdığı səhvləri düzəltməyə çalışır. Bu da mənim karumamdır. 
- Fala necə baxırsan?
- Fala inanmıram, amma görücülüyə inanıram. 
- Görücülüyü necə görürsən?
- Qarşımda bir insan dayanır və kino lenti kimi onun həyatını görürəm. 
- Mən sənin qarşındayam. Məni gələcəkdə nə gözləyir, bunu deyə bilərsən?
- Mən görürəm ki, sizdə iş dəyişkənliyi olacaq, yaya qədər. Tezliklə yenidən ata olacaqsınız. Onu da görürəm ki, xeyirli övlad olacaq. Amma səhhətinizdə geriləmə görürəm, üstünə düşməyin tam vaxtıdır. Aprelin axırına kimi mütləq müayinə olunmalısınız. Köçmə görürəm, ev dəyişmə. Şəxsi ev görürəm bu ilə... 
- Mənim həyatımda sevdiyim neçə qadın olub?
- 3-ü dəqiq var, birini də görürəm. O da deyəsən qırılmış hisslərdir. Birtərəfli sevgi olub.
- Təqribən deyə bilərsinizmi onların coğrafiyasını?
- Biri yanınızdadır, biri Azərbaycanda deyil...
- Kifayətdir, mən inandım. Bu gün fala baxmaq, ekstrasenslik fırıldaqçılıq kimi qələmə verilir. Yəni vaxtilə Nyuton, Qaliloe Qaliley kimi alimlərə də qeyri-adi baxırdılar. Yəni hər şey 3 ölçülü deyil, 4 ölçülüdür. Bunu görən insanlar var. Sadəcə olaraq sizdə çatışmayan cəhət var, bu da deyərdim ki, primitivlikdir. Yəni elmi tərəfini verə bilmirsiniz.
- Mən öz növbəmdə ektrasensliyin elmi tərəfini verirəm. Əgər bu gün fiziologiya, ezoterika elmi varsa, psixologiya varsa bu artıq sübutdur. Psixologiya özü parapsixologiyanın bir qoludur. Ezoterika da fiziologiyanın bir qoludur. Deməli bu elm var. Sadəcə olaraq ekstrasensorika deyilən yeni yaranan sistem hələ təsdiqini tapmayıb. 
- Bəxt bağlamalar onsuz da var. Qızın ərə getməsi, nə qədər desək ki bu cəhalətdir, bunun izləri hələ də yaşayır. Siz bəxt bağlaya, ya aça bilirsinizmi?
bəli, bacarıram.
- Bildiyin kimi, bu gün intiharların sayı kəskin şəkildə artıb. Mən istərdim ki, sən kamera qarşısında bir nəfəri intihar əməlindən daşındırasan. Bunu bacararsanmı?
- Yox, o gipnozdur. Belə qüvvəyə malik deyiləm, amma düşünürəm ki, bizə baxan 10 nəfərin 9-u özü nə vaxtsa intihara cəhd edib.
- Səncə, niyə insanlar bir-birinə pislik edir, fal və yaxud cadu ilə?
- Çünki insanlarda paxıllaşma gedir. Bu xüsusiyyət bizim millətdə ələlxüsus üstünlük təşkil edir. Buna görə də insanlar qabağa gedə bilmir və digərləri qabağa gedəndə onların daxilində bir instinkt yaranır. Amma mənim yanıma gələnlərə təbii ki rədd cavabı verirəm. Mən cadu etmirəm, amma cadunu görürəm. Lazım gələndə zərbə də vururam, amma baxır kimə və nə cür. 
- Azərbaycanın çox tanınmış ekstrasenslərindən biri öz müsahibəsində demişdi ki, mən Elçin Əlibəyliyə zərbə vuracağam, vurdu da. Səncə, o mənə cadu etdi, yoxsa bu sadəcə təsadüfi bir hal idi?
- Sizə cadu edənin kimliyini bilmirəm, amma deyərdim ki, hər kimdisə cəhd eləsin bundan sonra sizə zərbə vursun. Mən insanı cadudan müdafiə edə bilirəm.
- Cadunu necə edirlər, necə təmizlənir və sən haradan bilirsən ki bu insana cadu edilib?
- Cadu hər hansı bir çətəni sistemdən çıxarır, inkişafdan saxlayır, zədələyir, energetikasında dəlik yaradır, o dəlikdən sonra da insanın orqanizmində problem yaranır. Baş, ürək, ayaq, bel ağrıları, yuxusuzluq, qorxu olur. Və bunlar vaxtaşırı gəlir, gedir. Həkimə gedirsən, analizlərin cavabı tərtəmiz, amma ağrınırsan və orqanizm ağrımağa davam edir. 
- Bəs siz necə görürsünüz ki, bu cadudur?
- Qaraltı. Orqan nahiyəsində qaraltı olur. 
- Məndə cadu var?
- Hazırda yoxdur, amma olub. Bəzilərini yemisiniz qidada, bəzilərini yatağınıza ediblər.
- Cadunun məqsədi nədir, sizcə?
- Yatağa edilən cadu yanında qalasınız deyə. Qidaya edilən cadu isə sizi ailənizdən döndərmək, işlərinizin qabağa getməməsini həyata keçirmək məqsədilə həyata keçirilir. Hətta deyərdim ki, sizə edilən caduların bəziləri gətirilən hədiyyələrin içində olub. 

2-ci hissə:
- Bəxt bağlamaq var?
- Bəxt bağlanmaq söhbəti yoxdur, amma müəyyən müddət saxlamaq, qızın ailə qurmasına mane olmaq var. Bunu qızın saçına, paltarına, alt paltarına edirlər. Bəxt bağlamaq üçün edilən cadunu da əsasən qonşular edir. "Qonşu qonşu olsa kor qız ərə gedər" məsəlini burda deyiblər ( gülür). 
- Cin çıxarda bilirsən?
- Yox, bunu dindarlar bacarır. Onu da 30-40 molla birləşir və Qaraçay Çerkezdə belə bir məscid var. Bu gün efirlərdə göstərilən cinçıxarmalar da hamısı yalandır, şou üçün təşkil edilən bir şeydir.
- Əllə fala baxmağa, yəni xiromantiyaya inanırsınız?
- İnanmıram, amma bəziləri ola bilər ki, dəiqqliklə düz çıxa bilər. Amma qeyd etmək istəyirəm ki, bu, görücülük deyil, elmdir, bunu istənilən insan öyrənə bilər. Bunun taleyə, qismətə aidiyyatı yoxdur.
- Qisməti dəyişdirmək olar, yoxsa yox?
- Olar, amma bunun bədəli çox bahadır. Çünki bu, sabahı günü sizin övladınızda əks təsirini göstərə bilər. Qisməti dəyişdirmək insana qan bahasına başa gələr. Alkoqolizm, narkomaniya, oğurluq, psixoloji xəstəlik kimi bəlalar gətirə bilər.
- Ümumiyyətlə, alkoqolizm xəstəlikdirmi?
- Bəli, xəstəlikdir, müalicəsi də var. Alkoqolizmin müalicəsi üçün daxili təmizləməni ekstrasenslər həyata keçirə bilir, amma bu proses yalnız 1-2-ci mərhələdə uğurlu olur. 3-cü mərhələdə uğursuzluq olur.
- Eşitdim, maşın hədiyyə ediblər sənə ...
- Bu haqda çox danışmaq istəmirəm, amma təsdiqləyirəm, bəli, mənə avtomobil hədiyyə ediblər, vəzifəli şəxsin hədiyyəsidir. Adını çəkmək istəmirəm. Həmin avtomobilin qiyməti təxminən 50 mindən aşağıdır.
- Aqil haqqında məlumat istərdim bir balaca ...
- Bu il 25 yaşım olacaq. Ata tərəfdən Tovuzluyam. Bakıda böyümüşəm, amma artıq 7-8 ildir ki, Rusiyada işləyirəm, orada bir çox verilişlərdə iştirak etmişəm. 13 yaşımdan vergiliyəm. 2 il insanlara pulsuz xidmət göstərmişəm. Lakin sonradan əməyimin qarşılığı olaraq müəyyən məbləğ tələb etməyə başladım. Ali təhsilim yoxdur, çünki mən Prezident yanında İdarəetmədə oxumaq istəyirdim, lakin işimlə bağlı bunu həyata keçirmək mümkünsüz ola bilərdi. Buna görə də istəmədiyim bir fakultəni oxumaqdansa, heç oxumamağa qərar verdim. Deyə bilərəm ki, istənilən insanı ali məktəbə qəbul etdirmək bacarığım var. Bu vaxta kimi 10 tələbəni ali məktəbə qəbul etdirmişəm. Kimi istəsəniz bu dəqiqə Rusiyada hansısa universitetə qəbul etdirərəm, yalnız bunun üçün qarşı tərəfin 50 faiz biliyi olmalıdır. 
- İnsanları sağalda bilərsən?
- Sağalda bilərəm, amma bununla məşğul olmuram. Uzaq başı çox istədiyim insana tətbiq edə bilərəm..
- Barmağındakı üzüklərin qiyməti nə qədərdir?
- Bahadır, min dollar keçir. Onları heç kimə hədiyyə etmərəm. Sevdiyim insana belə. Çünki bu üzüyü kiməsə versəm o ölə bilər, qəbiristanlıqda basdırılıb bu üzüklər.
- Bu otaqda ruh var?
- Bu otaqda qadın ruhu var. Yaşlıdır, ana nənənizdir, sizi qoruyur. 2011-də ölüb. Sarı nurani xanımdır. 
-O həmişə mənim aramadır ?
- Hə 17 ildir sizi qoruyur. 
- Mən onu hər zaman arxamda hiss edirəm. 
- O öləndə çox böyük stress keçirtmisiniz. 
- Bu məqamda söhbətimizi bitirək, davamı olacaq ...

Əlaqə üçün: Aqil Məhərrəmovun qəbuluna getmək üçün istəyənlər bu nömrə ilə əlaqə saxlaya bilərlər: 055 223 66 13

İnstagramda isə:ekstrasens_agil_magarramov
Əlaqə üçün: Aqil Məhərrəmovun qəbuluna getmək istəyənlər bu nömrə ilə əlaqə saxlaya bilərlər: 055 223 66 13

İnstagramda isə:ekstrasens_agil_magarramov

 

 


OXŞAR XƏBƏRLƏR

Prezidentdən Silahlı Qüvvələr Günü paylaşımı - FOTO

Prezident İlham Əliyev 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşımı təqdim edir: ...

Qalib ölkənin qalib ordusu - 107 yaşında!

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür.   Sfera.az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti parlamen...

Tovuzda dönərdən zəhərlənən şəxslərin yaxınları baş verənləri DANIŞDI - VİDEO

Tovuzda baş vermiş zəhərlənmə hadisəsinin təfərrüatı məlum olub.   Sfera.az  Xəzər TV-yə istinadla xəbər verir ki, zərərçəkənlərin yaxınlar...

Təranə Səmədova həbsxanadan Lalə Azərtaşa məktub yazıb

Prodüser Təranə Səmədova həbsxanadan Lalə Azərtaşa məktub yazıb.   Sfera.az xəbər verir ki, aparıcı məktubu efirdə oxuyub.   Təranə məktub...

Vüsal Murtuzəliyev reanimasiyaya yerləşdirilməsindən yazdı

Şükür, mənim üçün də bu ağır günlərin sonu xeyirlə başa çatdı. Artıq yavaş-yavaş bərpa oluram. Həkimin tövsiyəsiylə telefondan, internetdən bir müddət maksimum ...

İmtahandan maksimum bal yığdı

Sumqayıt şəhər 1 nömrəli məktəbin biologiya müəllimi Zəhra Süleymanova sertifikasiya imtahanında 60 bal toplayıb.   Sera.az xəbər verir ki, bu bfarəd...