Gəncənin deputatından ölkəni şoka salan hadisəyə REAKSİYA

Gəncənin deputatından ölkəni şoka salan hadisəyə REAKSİYA
Dünəndən bəri Azərbaycanda əminin öz qardaşı qızını qaçıraraq evlənməsi ölkə gündəmində ciddi şəkildə müzakirə olunur. 

Sfera.az xəbər verir ki, ilk dəfədir belə bir halın Azərbaycanda baş verməsi hər kəsdə təəccüb doğurmaqla yanaşı, ciddi qınağa da səbəb olub. Hadisələrin baş verdiyi məkan olaraq isə Gəncənin adı çəkilir.
 
"Qafqazinfo” məsələ ilə bağlı sözügedən şəhərdən seçilmiş deputat  Naqif Həmzəyevdən münasibət öyrənib.  Məlum olub ki, həmin şəxslərin  Gəncə şəhərində qeydiyyatı yoxdur:
 
"Bu hadisədə Gəncənin adını hallandırmaq düzgün deyil. Məsələni dəqiqləşdirmək lazım idi. Biz araşdırdıq və məlum oldu ki, həmin şəxslər Gəncə sakinləri deyillər, burada qeydiyyatları yoxdur.  
 
Onlar sadəcə Gəncədə kirayədə  yaşayıblar, heç  müqavilələri də olmayıb. İndi həmin evdə də qalmırlar.
 
Özləri ətraf rayonların birində yaşayır. Burada işləmələrinə dair də heç bir yerdə sənəd tapılmır. Nikahı da heç burada bağlamayıblar, hardasa bağlayıblar. Boşanma ilə bağlı proses də Gəncə məhkəmələrində getməyib”.
 
Onun sözlərinə görə, nəinki Gəncədə, Azərbaycanda  bu cür məsələlər qəbul olunmur: "Gəncədə də  adət-ənənələr ciddi şəkildə qorunur, elə şeylərə yol verilmir və bağışlanılmır.  O, psixoloji problemli bir insandır ki, 3 övladını qoyub qaçıb gedib. Bunların bir ağsaqqalı yoxdurmu ki, onlara yiyəlik etsin və yaxud ailənin dağılmağının qarşısını alsın. Görünür, problemli bir ailədir, təəssüflər olsun ki, belə bir hadisə baş verib, bunu qətiyyətlə qınayırıq”

OXŞAR XƏBƏRLƏR

Prezidentdən Silahlı Qüvvələr Günü paylaşımı -FOTO

Prezident İlham Əliyev 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşımı təqdim edir: ...

Qalib ölkənin qalib ordusu - 107 yaşında!

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür.   Sfera.az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti parlamen...

Tovuzda dönərdən zəhərlənən şəxslərin yaxınları baş verənləri DANIŞDI - VİDEO

Tovuzda baş vermiş zəhərlənmə hadisəsinin təfərrüatı məlum olub.   Sfera.az  Xəzər TV-yə istinadla xəbər verir ki, zərərçəkənlərin yaxınlar...

Təranə Səmədova həbsxanadan Lalə Azərtaşa məktub yazıb

Prodüser Təranə Səmədova həbsxanadan Lalə Azərtaşa məktub yazıb.   Sfera.az xəbər verir ki, aparıcı məktubu efirdə oxuyub.   Təranə məktub...

Vüsal Murtuzəliyev reanimasiyaya yerləşdirilməsindən yazdı

Şükür, mənim üçün də bu ağır günlərin sonu xeyirlə başa çatdı. Artıq yavaş-yavaş bərpa oluram. Həkimin tövsiyəsiylə telefondan, internetdən bir müddət maksimum ...

İmtahandan maksimum bal yığdı

Sumqayıt şəhər 1 nömrəli məktəbin biologiya müəllimi Zəhra Süleymanova sertifikasiya imtahanında 60 bal toplayıb.   Sera.az xəbər verir ki, bu bfarəd...