TƏCİLİ! Azərbaycanlı məşhur dünyasını dəyişdi - FOTO

TƏCİLİ! Azərbaycanlı məşhur dünyasını dəyişdi - FOTO
Azərbaycanda alqologiya elminin banisi, tanınmış alim, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor Ninel İsrafil qızı Qarayeva uzun sürən ağır xəstəlikdən sonra 85 yaşında vəfat edib.

Apa-nın xəbərinə görə, Ninel Qarayeva 1932-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub, 1955-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin biologiya fakültəsini bitirdikdən sonra 1957-ci ildə AMEA Botanika İnstitutunun məqsədli aspiranturasına daxil olub.

1961-ci ildə Xarkov Dövlət Universitetində "Xəzər dənizinin qərb sahilboyu hissəsinin bentos diatom yosunları” mövzusunda namizədlik, 1975-ci ildə keçmiş SSRİ EA-nın Botanika İnstitutunda (Leninqrad) "Xəzər dənizinin diatom yosunları” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.

Alimin elmi fəaliyyəti bütün dövrlərində yüksək qiymətləndirilib, müxtəlif illərdə Milli Elmlər Akademiyası və başqa təşkilatlar tərəfindən Fəxri fərman və diplomlarla təltif olunub. O, "Tərəqqi” medalı, "Əmək veteranı” medalı və "Sosialist yarışı əlaçısı” nişanına layiq görülüb.

TƏCİLİ! Azərbaycanlı məşhur dünyasını dəyişdi - FOTO


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...

Prezidentdən Silahlı Qüvvələr Günü paylaşımı - FOTO

Prezident İlham Əliyev 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşımı təqdim edir: ...

Qalib ölkənin qalib ordusu - 107 yaşında!

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür.   Sfera.az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti parlamen...

Tovuzda dönərdən zəhərlənən şəxslərin yaxınları baş verənləri DANIŞDI - VİDEO

Tovuzda baş vermiş zəhərlənmə hadisəsinin təfərrüatı məlum olub.   Sfera.az  Xəzər TV-yə istinadla xəbər verir ki, zərərçəkənlərin yaxınlar...

Təranə Səmədova həbsxanadan Lalə Azərtaşa məktub yazıb

Prodüser Təranə Səmədova həbsxanadan Lalə Azərtaşa məktub yazıb.   Sfera.az xəbər verir ki, aparıcı məktubu efirdə oxuyub.   Təranə məktub...

Vüsal Murtuzəliyev reanimasiyaya yerləşdirilməsindən yazdı

Şükür, mənim üçün də bu ağır günlərin sonu xeyirlə başa çatdı. Artıq yavaş-yavaş bərpa oluram. Həkimin tövsiyəsiylə telefondan, internetdən bir müddət maksimum ...