Həkimin səhvinə görə bəkarətini itirən qızın nişanlısı ayrıldı, xəstəxananı məhkəməyə verdi - FOTO

Həkimin səhvinə görə bəkarətini itirən qızın nişanlısı ayrıldı, xəstəxananı məhkəməyə verdi - FOTO

Rusiya üçün qəribə olay baş verib.

Sfera.az "Mirror"a istinadla bildirir ki, bəkarətini ginekoloqun masasında həkimin səhvinə görə itirən qadın xəstəxananı məhkəməyə verib. O, məhkəməni udub və 1400 manat təzminat alıb.

Adı açıqlanmayan qız məhkəmədə deyib.

"Ağrılarım olduğuna görə ginekoloqa getdim. Ona bildirdim ki, mən bakirəyəm və heç vaxt cinsi əlaqədə olmamışam. Çünki bakirəlik mənim inanclarıma görə önəmlidir. Bizim inanclara görə, ailə qurmadan öncə bakirəliyin pozulması qadağandır. 

Həkimin müayinəsi zamanı güclü ağrı hiss etdim və həkimin əlində qan gördüm. Ondan nə baş verdiyini soruşduqda isə mənə heç bir problemin olmadığını söylədi.

Xəstəxanadan çıxdıqdan sonra özümü qəribə hiss edirdim. Bir müddət sonra şübhələrimdən qurtulmaq üçün özəl xəstəxanaların birinə getdim. Burada mənə dedilər ki, qızlıq pərdəsi cırılıb. 

 

Sanki, həyatım gözümün önündən keçdi. Günlərlə otağımdan çıxmadım. Bütün günü ağlayırdım. Nələr çəkdiyimi bir Allah, bir də anam bilirdi.

Mən bu vaxtlar nişanlı idim. Nişanlım bundan xəbər tutanda mənə inanmadı və nişanı qaytardı.

Mən düşündüm ki, niyə hansısa həkimin səhvinə görə günlərlə ağlamalı, təhdid olunmalıyam? Buna görə də məhkəməyə müraciət etdim".

Qeyd edək ki, onun bakirəliyinin pozulduğu xəstəxananın baş həkimi olan erməni ondan üzr istəmək təklifini rədd edib və məsələ ilə bağlı açıqlama verməyib.




OXŞAR XƏBƏRLƏR

Tovuzda dönərdən zəhərlənən şəxslərin yaxınları baş verənləri DANIŞDI - VİDEO

Tovuzda baş vermiş zəhərlənmə hadisəsinin təfərrüatı məlum olub.   Sfera.az  Xəzər TV-yə istinadla xəbər verir ki, zərərçəkənlərin yaxınlar...

Təranə Səmədova həbsxanadan Lalə Azərtaşa məktub yazıb

Prodüser Təranə Səmədova həbsxanadan Lalə Azərtaşa məktub yazıb.   Sfera.az xəbər verir ki, aparıcı məktubu efirdə oxuyub.   Təranə məktub...

Vüsal Murtuzəliyev reanimasiyaya yerləşdirilməsindən yazdı

Şükür, mənim üçün də bu ağır günlərin sonu xeyirlə başa çatdı. Artıq yavaş-yavaş bərpa oluram. Həkimin tövsiyəsiylə telefondan, internetdən bir müddət maksimum ...

İmtahandan maksimum bal yığdı

Sumqayıt şəhər 1 nömrəli məktəbin biologiya müəllimi Zəhra Süleymanova sertifikasiya imtahanında 60 bal toplayıb.   Sera.az xəbər verir ki, bu bfarəd...

Paraşütçü tullanma zamanı başqa bir paraşütçü ilə toqquşaraq həyatını itirdi

ABŞ-ın Corciya ştatında keçirilən atlama zamanı 48 yaşlı paraşütçü Jasmin Blək havada başqa bir paraşütçünün paraşütü ilə toqquşaraq həyatını itirib. Sfera.a...

Dima Bilanın səsi batıb

Rusiyanın Əməkdar artisti Dima Bilanın səsi tutulub.   Sfera.az xəbər verir ki, bu barədə ifaçı özü məlumat yayıb. O, bu səbəbdən Soçidəki konse...