Bakının bu yollarında sürət həddi artırıldı

Bakının bu yollarında sürət həddi artırıldı

Bakının şimal çıxışında – "20 Yanvar” dairəsindəki körpüyə Tbilisi prospekti tərəfdən qalxan yoldan başlayaraq sürət həddini 80 km/saat-dək qaldırıblar.

Sfera.az  avtosfer.az-a istinadən xəbər verir ki, bu yenilik dünəndən tətbiq edilib. Üzü Sumqayıt istiqamətində hərəkət edən avtomobillər körpüyə qalxandan sonra 80 km/saat sürətlə hərəkət edə biləcəklər. Körpüdən sonra isə sürət 90 km/saatdır.

Lakin körpüdə tətbiq edilən yeniliklə bağlı bir çatışmazlıq var. Belə ki, "20 Yanvar”dan "Şamaxınka”ya gedərkən sola ayrılan yoldan əsas yola qoşulan sürücülər üçün sürət nişanı təkrarlanmır.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib ki, orada sürücülər onsuz da sürət rejimini kütləvi pozurdular, xüsusən də körpünün aşırımından sonra: "Bundan sonra artıq qanuni şütümək olacaq. Sürücülərin daha intizamlı olduğu ölkələrə fikir versəniz görərsininiz ki, avtobanın da tuneldən keçən hissəsində sürəti 120-130 km/saatdan 80-dək endirirlər. Yəqin bizimkilər də bundan ruhlanıblar”.


OXŞAR XƏBƏRLƏR

Paraşütçü tullanma zamanı başqa bir paraşütçü ilə toqquşaraq həyatını itirdi

ABŞ-ın Corciya ştatında keçirilən atlama zamanı 48 yaşlı paraşütçü Jasmin Blək havada başqa bir paraşütçünün paraşütü ilə toqquşaraq həyatını itirib. Sfera.a...

Dima Bilanın səsi batıb

Rusiyanın Əməkdar artisti Dima Bilanın səsi tutulub.   Sfera.az xəbər verir ki, bu barədə ifaçı özü məlumat yayıb. O, bu səbəbdən Soçidəki konse...

Messi ilə görüşdən danışdı: Meydanda dost yoxdur!

PSJ-nin müdafiəçisi Əşrəf Hakimi klublararası dünya çempionatının 1/8 final mərhələsində “İnter Mayami”yə qarşı keçiriləcək qarşılaşma barədə fikirl...

ABŞ-da həddindən artıq istilər səbəbindən yollar çöküb - VİDEO

ABŞ-ın Missuri ştatındakı Cape Girardeau şəhərinin yollarında istilər səbəbindən nəhəng çuxurlar əmələ gəlib. Bəzi sürücülər yollarda səviyyə fərqinə görə çətin...

Azərbaycanda saxta alkoqollu içkilər aşkarlandı

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan dövlət nəzarət tədbirləri zamanı bir sıra topdan və pərakəndə s...

Şəbnəm Tovuzlunu "dollar yağışı"na tutan ailə narkotacir imiş - VİDEO

Bir neçə gün əvvəl sosial şəbəkələrdə məşhur müğənni Şəbnəm Tovuzlunun Gürcüstanın Qardabani rayonunun Soğanlı kəndində keçirilən toy mərasimində "dollar y...