Günün qoroskopu: heç bir halda ifrata varmayın

Günün qoroskopu: heç bir halda ifrata varmayın

Sankt-Peterburq metrosunda törədilən partlayış nəticəsində ölən 20 yaşlı azərbaycanlı qız əslən Borçalının Faxralı kəndindəndir. 

Sfera.az-ın APA-ya istinadən məlumatına görə, Dilbər (Rusiya İstintaq Komitəsinin saytında - Dinara) Səməndər qızı Əliyeva Rusiya vətəndaşı olsa da, əslən Bolnisinin Faxralı kəndindəndir. 

Faxralı kənd icra nümayəndəsi Novruz Abbasov açıqlamasında bildirib ki, onun valideynləri bir müddət Bakıda yaşadıqdan sonra Sankt-Peterburq şəhərinə köçüblər. 

O qeyd edib ki, D.Əliyeva Sankt-Peterburq Dəmiryolu Universitetinin tələbəsi olub: 

"Atası beş il bundan əvvəl Faxralıya gəlmişdi. Onların Sankt-Peterburqda evləri var. Onlar Rusiyadakı evlərini satıb Bakıya köçməyi planlaşdırırdılar”.

İcra nümayəndəsi D.Əliyevanın nəşinin sabah Bakıya gətiriləcəyini və Bakıda torpağa tapşırılacağını bildirib: 

"Ailənin Bakıda qohumları çoxdur. Məhz buna görə də qərara alıblar ki, Bakıda torpağa tapşırsınlar”.

Qeyd edək ki, metroda partlayış zamanı yaralanan Dilbər Əliyeva təcili olaraq xəstəxanaya aparılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.


OXŞAR XƏBƏRLƏR