Qaranquşlar artıq Bakıya niyə gəlmir...?

Qaranquşlar artıq Bakıya niyə gəlmir...?
Qaranquşlar yaz fəslinin gəlişini xəbər verən ilk müjdəçilərdən biridir. Onlar yazda gəlib, payızda isti ölkələrə uçub gedirlər. Amma bu il nədənsə hələ də  qaranquşlara rast gəlinmir.
Bu hansı səbəblərlə əlaqədardır?

Məsələ ilə bağlı Azərbaycan Ornitoloji Cəmiyyətinin sədri Elçin Sultanov Modern.az-a açıqlama verib.

Elçin Sultanov bildirib ki, qaranquşlar ölkəmizə biraz tez və ya gec gələ bilər.

"Yəqin ki, atrıq gəliblər də. Bakı biraz soyuq olduğu üçün bura gec gəlirlər. Amma rayonlarda, xüsusən də aran bölgələrində artıq olmalıdırlar”.
 
Cəmiyyət sədri qeyd edib ki, qaranquşların ölkəmizə gec gəlməsinin səbəbi hava şəraiti ilə əlaqədardır.

"Hava şəraiti ilə əlaqədar bütün təbii proseslər bir az gec və ya tez olur. Bu da normal bir şeydir. Adətən qaranquşlar martın 20-25-də ölkəmizə gəlirlər. Yəqin ki artıq gəliblər. Amma Bakıda görünmürlər”.
 
Elçin Sultanov həmçinin bildirib  ki, heç kim deyə bilməz ki, əvvəlki illərlə müqayisədə qaranquşların sayında azalma müşahidə olunur.

" Bunun üçün qaranquşların rəsmi sayını aparmaq lazımdır. Azərbaycanda da bu aparılmır. Ona görə də heç kim deyə bilməz ki, Azərbaycana gələn qaranquşların sayı azalıb və ya çoxalıb”.

 

 

OXŞAR XƏBƏRLƏR

Prezidentdən Silahlı Qüvvələr Günü paylaşımı - FOTO

Prezident İlham Əliyev 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşımı təqdim edir: ...

Qalib ölkənin qalib ordusu - 107 yaşında!

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür.   Sfera.az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti parlamen...

Tovuzda dönərdən zəhərlənən şəxslərin yaxınları baş verənləri DANIŞDI - VİDEO

Tovuzda baş vermiş zəhərlənmə hadisəsinin təfərrüatı məlum olub.   Sfera.az  Xəzər TV-yə istinadla xəbər verir ki, zərərçəkənlərin yaxınlar...

Təranə Səmədova həbsxanadan Lalə Azərtaşa məktub yazıb

Prodüser Təranə Səmədova həbsxanadan Lalə Azərtaşa məktub yazıb.   Sfera.az xəbər verir ki, aparıcı məktubu efirdə oxuyub.   Təranə məktub...

Vüsal Murtuzəliyev reanimasiyaya yerləşdirilməsindən yazdı

Şükür, mənim üçün də bu ağır günlərin sonu xeyirlə başa çatdı. Artıq yavaş-yavaş bərpa oluram. Həkimin tövsiyəsiylə telefondan, internetdən bir müddət maksimum ...

İmtahandan maksimum bal yığdı

Sumqayıt şəhər 1 nömrəli məktəbin biologiya müəllimi Zəhra Süleymanova sertifikasiya imtahanında 60 bal toplayıb.   Sera.az xəbər verir ki, bu bfarəd...