Azərbaycanlı kişi stilist: "Samir Bağırov mənə xəyanət elədi" - VİDEO

Azərbaycanlı kişi stilist:

Azərbaycanlı stilist Samiraldo uzun illər dostluq etdiyi müğənni Samir Bağırov barədə danışıb. Lent.az-ın məlumatına görə, "APA TV”-nin "Show time” verilişinin qonağı olan imic ustası bildirib ki, S.Bağırov Azərbaycanda müğənni kimi fəaliyyət göstərmək istəmir: "İstəməzdim ki, bu barədə danışam. İndi mənim həmin insanla əlaqəm də yoxdur. Hazırda tamam başqa bir aləmdəyəm. Bilirsiniz, "ölmüş” insanı diriltmək lazım deyil. Artıq bu insan "ölüb”. Nə qədər oyanmaq istəsə də alınmır. Çünki bu insan sənətdən uzaqlaşıb. Özü də açıq aşkar söylədi ki, fəaliyyətini Azərbaycanda davam etdirmək istəmir. Efirlər ona imkan yaradırlar ki, televiziyaya çıxsın. Amma razı olmur. Əgər bu insan bunu istəmirsə, 10 ilə yaxındır ki, mahnı oxumursa, demək bu adam sənətdən gedib”.

 

Samiraldo S.Bağırovla dostluğunun bitməsinin səbəbindən də danışıb. O bildirib ki, dostu ona xəyanət edib: "Samirdən uzaqlaşandan sonra yolum açıldı. Çünki içimdə olan bütün qüvvəni ona vermişdim. Mən gördüm ki, bu insan oyanmaq istəmir. Bu adamı yorğan-döşəkdən çıxarıb, tədbirə, studiyaya aparırdım. Məni tanıyanlar bilir ki, onun üçün nə əziyyətlərdən keçmişəm. Sonra oturub düşündüm ki, bu mənim nəyimə lazımdır? Mən yaxşılıq edirəm, bu mənim telefonlarıma cavab vermir.  Bu insana həqiqi mənada dost demək olardı. Dostluqda o mənə qarşı xəyanət etdi”.

 



Qeyd edək ki, aparıcısı Yalçın Uğurun olduğu "Show time” verilişi həftənin 2-ci günləri "APA TV”-də yayımlanır. 


OXŞAR XƏBƏRLƏR

Vüsal Murtuzəliyev reanimasiyaya yerləşdirilməsindən yazdı

Şükür, mənim üçün də bu ağır günlərin sonu xeyirlə başa çatdı. Artıq yavaş-yavaş bərpa oluram. Həkimin tövsiyəsiylə telefondan, internetdən bir müddət maksimum ...

İmtahandan maksimum bal yığdı

Sumqayıt şəhər 1 nömrəli məktəbin biologiya müəllimi Zəhra Süleymanova sertifikasiya imtahanında 60 bal toplayıb.   Sera.az xəbər verir ki, bu bfarəd...

Paraşütçü tullanma zamanı başqa bir paraşütçü ilə toqquşaraq həyatını itirdi

ABŞ-ın Corciya ştatında keçirilən atlama zamanı 48 yaşlı paraşütçü Jasmin Blək havada başqa bir paraşütçünün paraşütü ilə toqquşaraq həyatını itirib. Sfera.a...

Dima Bilanın səsi batıb

Rusiyanın Əməkdar artisti Dima Bilanın səsi tutulub.   Sfera.az xəbər verir ki, bu barədə ifaçı özü məlumat yayıb. O, bu səbəbdən Soçidəki konse...

Messi ilə görüşdən danışdı: Meydanda dost yoxdur!

PSJ-nin müdafiəçisi Əşrəf Hakimi klublararası dünya çempionatının 1/8 final mərhələsində “İnter Mayami”yə qarşı keçiriləcək qarşılaşma barədə fikirl...

ABŞ-da həddindən artıq istilər səbəbindən yollar çöküb - VİDEO

ABŞ-ın Missuri ştatındakı Cape Girardeau şəhərinin yollarında istilər səbəbindən nəhəng çuxurlar əmələ gəlib. Bəzi sürücülər yollarda səviyyə fərqinə görə çətin...