Terror qurbanı olan Dilbarə Əliyeva Azərbaycanda dəfn olunacaq

Terror qurbanı olan Dilbarə Əliyeva Azərbaycanda dəfn olunacaq

Sankt-Peterburq metrosunda terror hücumunda həlak olan Dilbarə Əliyeva doğma vətənində dəfn olunacaq.

Sfera.az report-a istinadən xəbər verir ki, bu barədə "Komsomolskaya pravda" qəzetinə mərhumun təhsil aldığı imperator I Aleksandr adına Sankt-Peterburq Dövlət Nəqliyyat Universitetindən məlumat veriblər.

Universitetdən bildiriblər ki, D.Əliyevanın valideynlərinin Sankt-Peterburqda yaşamasına, onun Rusiya vətəndaş olmasına baxmayaraq, mərhumu qohumlarının yaşadığı tarixi vətənində dəfn etməyi planlaşdırırlar. Mərhumun meyitinin sabah Bakıya çatdırılacağı gözlənilir.

İyirmi yaşlı D.Əliyeva ali məktəbin üçüncü kursunda, İqtisadiyyat və İdarəetmə fakültəsində təhsil alırdı. O, Bakıda anadan olsa da, çoxdan valideynləri ilə birgə Sankt-Peterburqa köçüb, elə orada məktəbə gedib.

 

Xatırladaq ki, aprelin 3-də Sankt-Peterburq metrosinda törədilmiş terror aktı nəticəsində 14 nəfər həlak olub, 51 nəfər yaralanıb. Yaralılar arasında daha bir azərbaycanlı, Rusiya vətəndaşı Zaur Vəliyev də var. Onun durumu orta ağır kimi qiymətləndirilir.


OXŞAR XƏBƏRLƏR

Prezidentdən Silahlı Qüvvələr Günü paylaşımı - FOTO

Prezident İlham Əliyev 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşımı təqdim edir: ...

Qalib ölkənin qalib ordusu - 107 yaşında!

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür.   Sfera.az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti parlamen...

Tovuzda dönərdən zəhərlənən şəxslərin yaxınları baş verənləri DANIŞDI - VİDEO

Tovuzda baş vermiş zəhərlənmə hadisəsinin təfərrüatı məlum olub.   Sfera.az  Xəzər TV-yə istinadla xəbər verir ki, zərərçəkənlərin yaxınlar...

Təranə Səmədova həbsxanadan Lalə Azərtaşa məktub yazıb

Prodüser Təranə Səmədova həbsxanadan Lalə Azərtaşa məktub yazıb.   Sfera.az xəbər verir ki, aparıcı məktubu efirdə oxuyub.   Təranə məktub...

Vüsal Murtuzəliyev reanimasiyaya yerləşdirilməsindən yazdı

Şükür, mənim üçün də bu ağır günlərin sonu xeyirlə başa çatdı. Artıq yavaş-yavaş bərpa oluram. Həkimin tövsiyəsiylə telefondan, internetdən bir müddət maksimum ...

İmtahandan maksimum bal yığdı

Sumqayıt şəhər 1 nömrəli məktəbin biologiya müəllimi Zəhra Süleymanova sertifikasiya imtahanında 60 bal toplayıb.   Sera.az xəbər verir ki, bu bfarəd...