İpoteka kreditinin verilməsi qaydası DƏYİŞDİ

İpoteka kreditinin verilməsi qaydası DƏYİŞDİ

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nda dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1036) ilə təsdiq edilmiş "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 3.1.4-cü yarımbənddə "qeydiyyatına" sözündən sonra ", o cümlədən qabaqcadan qeydiyyata" sözləri əlavə edilsin.

2. 3.1.5-ci yarımbənddə "və təmirli" sözləri "və Azərbaycan Respublikası Prezidentinin aktları ilə ayrı qayda nəzərdə tutulmayıbsa, təmirli" sözləri ilə əvəz edilsin.

3. 3.1.8-ci yarımbənddə "85" rəqəmləri (hər iki halda) "90" rəqəmləri ilə əvəz edilsin.


OXŞAR XƏBƏRLƏR

Vüsal Murtuzəliyev reanimasiyaya yerləşdirilməsindən yazdı

Şükür, mənim üçün də bu ağır günlərin sonu xeyirlə başa çatdı. Artıq yavaş-yavaş bərpa oluram. Həkimin tövsiyəsiylə telefondan, internetdən bir müddət maksimum ...

İmtahandan maksimum bal yığdı

Sumqayıt şəhər 1 nömrəli məktəbin biologiya müəllimi Zəhra Süleymanova sertifikasiya imtahanında 60 bal toplayıb.   Sera.az xəbər verir ki, bu bfarəd...

Paraşütçü tullanma zamanı başqa bir paraşütçü ilə toqquşaraq həyatını itirdi

ABŞ-ın Corciya ştatında keçirilən atlama zamanı 48 yaşlı paraşütçü Jasmin Blək havada başqa bir paraşütçünün paraşütü ilə toqquşaraq həyatını itirib. Sfera.a...

Dima Bilanın səsi batıb

Rusiyanın Əməkdar artisti Dima Bilanın səsi tutulub.   Sfera.az xəbər verir ki, bu barədə ifaçı özü məlumat yayıb. O, bu səbəbdən Soçidəki konse...

Messi ilə görüşdən danışdı: Meydanda dost yoxdur!

PSJ-nin müdafiəçisi Əşrəf Hakimi klublararası dünya çempionatının 1/8 final mərhələsində “İnter Mayami”yə qarşı keçiriləcək qarşılaşma barədə fikirl...

ABŞ-da həddindən artıq istilər səbəbindən yollar çöküb - VİDEO

ABŞ-ın Missuri ştatındakı Cape Girardeau şəhərinin yollarında istilər səbəbindən nəhəng çuxurlar əmələ gəlib. Bəzi sürücülər yollarda səviyyə fərqinə görə çətin...