AA seriyalı nömrələri kimlər ala bilər? - DYP-dən açıqlama

AA seriyalı nömrələri kimlər ala bilər? - DYP-dən açıqlama

İdarə etdiyi avtomobildə AA seriyalı nömrə nişanının olmasını bəzi sürücülər prestij hesab etsə də, buna adi yanaşanlar da az deyil.

Bəs AA seriyalı nömrələr kimlərə verilir? Adi vətəndaşlar bu seriyadan olan nömrəni necə ala bilərlər?

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovniki Kamran Əliyev bu suallarına cavab verib.

Kamran Əliyev deyib ki, əlifbanın ilk hərifi ilə başlayan AA seriyalı nömrə nişanları yalnız dövlət orqanlarına məxsusu avtomobillərə deyil, həm də hüquqi şəxslərə verilir. 

"Bu seriyalı maşınlar həm özəl, həm də dövlət sektoruna məxsusdur. Yəni AA seriyası hamının zənn etdiyi kimi, yalnız dövlət orqanlarına məxsus olan avtomobillərə aid qeydiyyat nişanı deyil. Bu, şərti olaraq ona görədir ki, hüquqi və fiziki şəxslərə verilən nəqliyyat vasitələrinə aid dövlət qeydiyyat nişanlarını müəyyənləşdirmək mümkün olsun. Burada konkret olaraq A,B,C hərflərinin olması mütləq deyil. Bir çox hərflərlə başlayan seriyalar var ki, onlar da hüquqi şəxslərə məxsusdur. Bu, elə bir ciddi önəm daşımır. Sadəcə belə qəbul olunub ki, AA, AB, AC seriyası hüquqi şəxslərə məxsus nəqliyyat vasitələri üçün nəzərdə tutulub. Digər hərflərlə başlayanlar isə fiziki şəxslər üçün nəzərdə tutulub”.

Şöbə rəisi həmçinin bildirib ki, adi vətəndaşlar - fiziki şəxslər bu seriyadan olan nömrəni ala bilməzlər. 

"Amma istənilən hüquqi şəxsə bu nömrə verilə bilər. Eyni zamanda, dövlət orqanında çalışan dövlət qulluqçularının xidməti maşınlarına da AA seriyalı nömrə nişanı verilir. Çünki konkret olaraq bu seriyaların hüquqi şəxslərə verilməsi nəzərdə tutulub. Ona görə fiziki şəxs istəsə də AA seriyalı nömrə ala bilməz”.

///Modern.az

OXŞAR XƏBƏRLƏR

İmtahandan maksimum bal yığdı

Sumqayıt şəhər 1 nömrəli məktəbin biologiya müəllimi Zəhra Süleymanova sertifikasiya imtahanında 60 bal toplayıb.   Sera.az xəbər verir ki, bu bfarəd...

Paraşütçü tullanma zamanı başqa bir paraşütçü ilə toqquşaraq həyatını itirdi

ABŞ-ın Corciya ştatında keçirilən atlama zamanı 48 yaşlı paraşütçü Jasmin Blək havada başqa bir paraşütçünün paraşütü ilə toqquşaraq həyatını itirib. Sfera.a...

Dima Bilanın səsi batıb

Rusiyanın Əməkdar artisti Dima Bilanın səsi tutulub.   Sfera.az xəbər verir ki, bu barədə ifaçı özü məlumat yayıb. O, bu səbəbdən Soçidəki konse...

Messi ilə görüşdən danışdı: Meydanda dost yoxdur!

PSJ-nin müdafiəçisi Əşrəf Hakimi klublararası dünya çempionatının 1/8 final mərhələsində “İnter Mayami”yə qarşı keçiriləcək qarşılaşma barədə fikirl...

ABŞ-da həddindən artıq istilər səbəbindən yollar çöküb - VİDEO

ABŞ-ın Missuri ştatındakı Cape Girardeau şəhərinin yollarında istilər səbəbindən nəhəng çuxurlar əmələ gəlib. Bəzi sürücülər yollarda səviyyə fərqinə görə çətin...

Azərbaycanda saxta alkoqollu içkilər aşkarlandı

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan dövlət nəzarət tədbirləri zamanı bir sıra topdan və pərakəndə s...